27-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Oqtay Əsədov deputatlardan üzr istəyib dərhal istefa verməlidir”

01 May 2019, 14:52
Cəmiyyət
A A
“Oqtay Əsədov deputatlardan üzr istəyib dərhal istefa verməlidir”

“Azərbaycan hakimiyyətindəki bu cür məmurlar  baş qaxıncıdır. Yəni bunun ətrafı ilə prezidentə təzyiq göstərirlər. Təzyiqlərin də arxasında çox ciddi, müəmmalı məqsədlər güdülür”.

Bunu Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev “Yeni Sabah”a açıqlamasında Milli Məclisin sədri Oqtay Əsədovun yayılan mülk siyahısı ilə bağlı danışarkən deyib. O bildirib ki, Oqtay Əsədovun başqa ölkələrdə mülklərinin üzə çıxması  dövlətin birinci şəxsinə olan təzyiqlərin həmləsidir:

“Düşünürəm ki, Oqtay Əsədovun və digərlərinin mal-mülklərinin bu cür üzə çıxması Azərbaycan hakimiyyətinə yaxşı gələcək vəd etmir. Məsələn, Oqtay Əsədovun həyat yoldaşının Rusiyada striptiz klubun sahibəsi olması faktından sonra Azərbaycanda onun kimi məmurlar istefa verməlidir. Onların mənəviyyatı , şəxsiyyəti imkan vermir ki, sərbəst şəkildə getsinlər. Oqtay Əsədovun arvadının pritonu Moskvada üzə çıxandan sonra gərək o, təcili şəkildə Milli Məclisdə rəhbərlik etdiyi deputatlardan üzr istəyib ölkəni tərk etməli idi. Amma bu, mümkün deyil. 

Ona görə istər-istəməz bütün nəzərlər birinci şəxsin üzərinə fokuslanır. Oqtay Əsədovun adını çəkmirlər, amma Azərbaycanda korrupsiya, rüşvətin baş alıb getdiyi deyilir. Bunun hamısı birinci şəxsə qarşı təzyiqin bir formasıdır.

Həmişə demişəm , bu gün də deyirəm – Azərbaycanda Milli Məclisin sədri başda olmaqla hökumətin digər üzvləri  prezidentə utanc gətirən hallara yol verirlər. Onların vaxtilə özləri, bu gün də nəvələri insan öldürməklə, başqa dövlətlərdə mal-mülk almaqla Azərbaycanı korrupsiyada birinci-ikinci yerə çıxarır. Bu cür insanlardan azad olmağın vaxtı çoxdan çatıb. Bunlar təcili ölkəni tərk etməlidir”.

H.Hacıyev düşünür ki, Milli Məclisin spikeri təcili istefa verməlidir:

“Dəfələrlə mənə deyirlər ki, nəyinə lazımdır, bu cür faktları açıqlayırsan. Birincisi, ölkə prezidentini ideoloji baxımından bütün hədəflərdən, təxribatlardan, atılan çirkablardan qorumaq borcumdur. Digər tərəfdən dövlət başçısı vətənini, xalqını sevən, millətindən ötrü çalışan bir insandır. Onun da bəxtinə elə düşüb ki, ətrafındakıların hamısı julik, bandit, rüşvətlə böyümüş insanlardır. Bu cür insanlardan xilas olmaq üçün xalqımız İlham Əliyevin arxasında durmalı, prezidentin ideyaları ətrafında birləşməlidir. 

Biz buna apardığımız işlərlə nail olacağıq. Partiya olaraq həyata keçirdiyimiz  işlərlə bunlara ciddi şəkildə təpki göstəririk və göstərəcəyik. Hər halda düşünürəm ki, Oqtay Əsədov təcili istefa verməlidir. Onun ermənilər arasında “məni prezident edin, qərbi azərbaycanlılar məni müdafiə etmir” kimi şayiə yayması da birbaşa dövlət başçısına xəyanətdir və bunu heç vaxt ona bağışlamaram. Kim məni nə cür adlandırır adlandırsın, imkan verməyəcəm ki, rəhmətlik ulu öndər Heydər Əliyevin çörəyini yeyənlər, onun vasitəsilə vəzifəyə yüksələnlər prezidentə xəyanət etsinlər”.

Əvvəlki yazı

Azərbaycanda bu məktəbin şagirdləri ETİRAZ AKSİYASI KEÇİRDİ – VİDEO

Sonrakı yazı

Daha bir biznesmen-oliqarx Bakıda piyadanı xurd-xəşil etdi

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.