11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Operativ Qərargahdan Prezidentə şikayət – Bir qrup jurnalist bəyanat yaydı

22 İyun 2020, 09:50
Gündəm, Cəmiyyət, Manşet
A A
Operativ Qərargahdan Prezidentə şikayət – Bir qrup jurnalist bəyanat yaydı

Bir qrup jurnalist Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 21-dən iyulun 5-dək olan sərt karantin rejimi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.Onlar bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında jurnalistlərlə bağlı heç bir müddəa yer almayıb və bu qərar ümumilikdə jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına hesablanıb.Müraciətin mətnini təqdim edirik:”Cənab Prezident, hazırda bütün dünyada böyük və ciddi qlobal problemə çevrilən COVİD19 virusu ilə bağlı Azərbaycanda da bir sıra addımlar atılır. İlkin olaraq bu virusla mübarizə daha çox inzibati addımlar tələb edir, çünki hazırda koronavirusun heç bir vaksini yoxdur. Azərbaycanda da bu ilin mart ayından elan olunan xüsusi karantin rejimi avqust ayına qədər uzadılıb. Lakin son günlər virusa yoluxanların kütləvi artması ölkədə iyunun 21-dən iyulun 5-dək olan sərt karantin rejiminin tətbiqinə gətirib çıxarıb. Bizim Sizə müraciət etməkdə məqsədimiz isə Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında jurnalistlərlə bağlı məhdudiyyətlərlə bağlıdır. Belə ki, bu qərarda jurnalistlərlə bağlı əsaslı bir müddəa əksini tapmayıb, hətta onların vəsiqə ilə fəaliyyətinə belə qadağa qoyulub. Cənab Prezident, koronavirusla mübarizə dövründə həssas və faydalı sahələrdən biri də mediadır, əhalinin doğru-dürüst informasiya ilə təmin edilməsidir. Amma Nazirlər Kabineti yanında Operativ Qərargah artıq ikinci dəfədir ki, jurnalistlərə süni əngəllər yaradır. Ona görə də biz hesab edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci və 71-ci maddələrinə ziddir. Konstitusiyanın 71-ci maddəsinə görə, müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Ölkədə isə  fövqəladə vəziyyət rejimi yoxdur. Ona görə də bu qərar medianın fəaliyyətinin mədudlaşdırılması kimi qiymətləndirilməlidir. Cənab Prezident, biz Azərbaycan mediasının nümayəndələri olaraq Sizdən xahiş edirik ki, heç bir qanuna uyğun gəlməyən bu qərararın dəyişdirilməsinə, jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq azadlığına edilən maneələrin aradan qaldırılmasına göstəriş verəsiniz”.

Əvvəlki yazı

Deputatdan polisə çağırış: “Cərimələsin…”

Sonrakı yazı

Nazirdən deputata sərt cavab: “Həm tərbiyəsinin, həm də səviyyəsinin…”

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.