Cümə axşamı, Fevral 2, 2023
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Cəmiyyət

Onların da çamadanı hazırlandı – Növbədənkənar çalınan zəng

2023-01-17
in Cəmiyyət, Manşet
Onların da çamadanı hazırlandı – Növbədənkənar çalınan zəng

 

Bəzi məmurlarla bağlı cəmiyyətdə yaradılan “toxunulmaz” obrazı artıq yavaş-yavaş unudulur.

Bu obrazı elə həmin məmurların özlərinin formalaşdırdığı də bilinən gerçəklərdəndir. Ramiz Mehdiyevin ardınca “Naxçıvan xanı” obrazını formalaşdıran, ömrünün sonuna qədər kresloda qalacağı təsəvvürünü yaradan Vasif Talıbovun vəzifədən uzaqlaşdırılması bu stereotipləri dağıtdı. Yəni artıq hər kəs bilir ki, fəaliyyətində nöqsanlara yol verən istənilən məmur vəzifəsindən kənarlaşdırıla bilər və ortada bunun bariz nümunələri var. O nümunələr ki, illərlə özləri barədə cəmiyyətdə yaratdıqları xof sabun köpüyü kimi bir anda dağıldı. Bu ilin sonuna qədər bir sıra məmurların da kreslosu ilə vidalaşacağı gözlənilir.

Cebhe.info xəbər verir ki, vəzifəsini itirməyə ən real namizədlərin başında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) rəhbəri Cahangir Əsgərov gəlir.

AZAL-la bağlı uzun illərdir ki, narazılıqlar səslənir. Biletlərin qiymətinin çox yüksək olması, xarici aviaşirkətlərin bazardan çıxarılaraq monopoliya yaradılması, bütün bunların fonunda isə dövlətdən hər il millyonlarla manat dotasiya alan AZAL-ın son 3 ildə 2 milyard manatdan çox zərər etməsi də yanlış idarəetmənin bariz göstəricisidir. Bu və digər məqamları nəzərə alsaq, AZAL rəhbəri Cahangir Əsgərovun bu ilin sonuna qədər tutduğu postdan kənarlaşdırılacağı gözlənilir.

“Toxunulmaz” məmurlardan hesab olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərov da bu il tutduğu postla vidalaşa bilər.

Son zamanlar “fövqəlnazir”in rəhbərlik etdiyi qurum gündəmə daha çox “FHN-də çəkilən video” başlığı ilə gəlir. Qurumda yüksək post tutan şəxsin intim videosu, nazirliyin binasında “xınayaxtı” mərasiminin keçirilməsi ilə bağlı görüntülərin sosial şəbəkələrdə yayılması “fövqəlnazir”in idarəedici kmi nüfuzuna ciddi zərbə vurdu. Son olaraq isə hazırda həbsdə olan siyasi aktivist Bəxtiyar Hacıyevi “kurasiya etməsi” ilə gündəmə gələn Kəmaləddin Heydərovun bu il nazir postundan gedəcəyi istisna olunmur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə bağlı da oxşar qərarın veriləcəyi iddia olunur.

Rövşən Rzayev də son dövrlər gündəmə daha çox şikayətlərin hədəfi olaraq gəlir. Onunla bağlı ən çox səslənən şikayətlər isə məcburi köçkünlər üçün nəzərdə tutulan mənzillərin verilməsində yol verdiyi nöqsanlardır. Eyni zamanda, məcburi köçkünlərə binaların tikilməsi ilə bağlı icra olunan layihələrdə də ciddi nöqsanların olduğu iddia olunur ki, bu da Rövşən Rzayevin kreslosu ilə vidalaşması üçün yetərli səbəb hesab olunur.

İl Azərbaycan Milli Elmlər Akadeyimiyasınn (AMEA) yeni seçilən prezidenti İsa Həbibbəyli üçün də uğurlu olmayacaq.

Xüsusilə də oğlu, ləğv olunmuş Naxçıvan Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibəylinin Naxçıvanda gedən proseslər fonunda korrupsiyaya görə istintaqa cəlb olunması İsa Həbibbəyli üçün də qaçılmaz son yaradır. İsa Həbibbəylinin AMEA prezidenti postunu tutmasından 3 ay keçməsinə baxmayaraq, qısa zamanda kreslosu ilə vidalaşacağı gözlənilir. Digər tərəfdən İsa Həbibbəylinin sabiq AMEA prezidenti Ramiz Mehdiyevə yaxın olduğu da iddia olunur.

Bu sırada adı hallanan vəzifəlilərdən biri də Baş nazirinin birinci müavini Yaqub Eyyubovdur.

Yaqub Eyyubovla bağlı uzun müddətdir mediaya müxtəlif məlumatlar daxil olur. Sonuncu məlumat isə ölkədən çıxardığı və Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsaitlə bağlıdır.

Yaqub Eyyubovla bağlı kulislərdə dolaşan məlumatlardan biri də onun xarici əlaqələri ilə bağlıdır. Eyyubovun baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət etməsi bu məlumata xüsusi diqqət ayrılmasını tələb edir.

2023-cü ili vəzifəsiz başa vuracaq məmurlar siyahısında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da ola bilər.

Ümumiyyətlə, Zakir Fərəcov ən çox şikayət olunan icra başçılarından biridir. Artıq onun fəaliyyətinin yoxlanılması ilə bağlı iddialar yayılıb. Qurum tərəfindən təkzib olunsa da, Zakir Fərəcovun işə çıxmadığı ilə bağlı da söyləntilər var. Bundan əvvəl də Zakir Fərəcovla bağlı mətbuatda kifayət qədər faktlara söykənən şikayətlər yer alıb. Daha bir iddiaya görə isə Zakir Fərəcov bu il vəzifəsini itirəcək tək icra başçısı olmayacaq. Fəaliyyətində ciddi nöqsanlara yol verən daha bir neçə icra başçısı da bu il kreslosu ilə vidalaşmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, buna qədər 10-a yaxın icra başçısı korrupsiya və rüşvət ittihamı ilə həbs olunub. Bu prosesi davamı olaraq daha bir neçə icra başçısı haqqında oxşar qərarın veriləcəyi gözlənilir.

ShareSendTweetShare
Previous Post

Daha bir məktəbdə ayaqyolu problemi var – VİDEO 

Next Post

Baş Qərargah rəisi və komandan Ermənistanla sərhədə getdi – FOTOLAR

Related Posts

Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə
Cəmiyyət

Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə

by reportyor info
2023-02-01
DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanıldı – FOTOLAR
Cəmiyyət

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanıldı – FOTOLAR

by reportyor info
2023-02-01
Natəvan Bayramovaya yeni vəzifə verildi
Cəmiyyət

Natəvan Bayramovaya yeni vəzifə verildi

by reportyor info
2023-02-01
Prezident Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi
Manşet

Prezident Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

by reportyor info
2023-01-31
Son sutkanın yoluxma statistikası
Manşet

Son sutkanın yoluxma statistikası

by reportyor info
2023-01-31

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə

Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə

2023-02-01
DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanıldı – FOTOLAR

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanıldı – FOTOLAR

2023-02-01
Natəvan Bayramovaya yeni vəzifə verildi

Natəvan Bayramovaya yeni vəzifə verildi

2023-02-01
Prezident Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

Prezident Naxçıvanın prokurorunu vəzifəsindən azad etdi

2023-01-31
Son sutkanın yoluxma statistikası

Son sutkanın yoluxma statistikası

2023-01-31
Metro və marşrut avtobuslarında gedişhaqqı artırıldı

Metro və marşrut avtobuslarında gedişhaqqı artırıldı

2023-01-31
DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi: 7 nəfər saxlanıldı

DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi: 7 nəfər saxlanıldı

2023-01-31
İdarə rəisi Göyçayda kürəkəninə obyekt tikdirir

İdarə rəisi Göyçayda kürəkəninə obyekt tikdirir

2023-01-31
Deputat başına saç əkdirdi — FOTO

Deputat başına saç əkdirdi — FOTO

2023-01-31
İranın Azərbaycandakı casus şəbəkəsi: Bahalı hədiyyələr, pulsuz müalicə…

İranın Azərbaycandakı casus şəbəkəsi: Bahalı hədiyyələr, pulsuz müalicə…

2023-01-31
İlham Əliyev yeni nazir müavini təyin etdi – DOSYE

İlham Əliyev yeni nazir müavini təyin etdi – DOSYE

2023-01-31
DTX-dan İrandakı terrorla bağlı açıqlama – XƏBƏRDARLIQ

DTX-dan İrandakı terrorla bağlı açıqlama – XƏBƏRDARLIQ

2023-01-31
Terrorçu ilə bağlı şok faktlar: SEPAH-dan təqaüdə çıxan Yasin… + Fotolar

Terrorçu ilə bağlı şok faktlar: SEPAH-dan təqaüdə çıxan Yasin… + Fotolar

2023-01-31
Talıbovların daha bir şirkəti üzə çıxdı – Rza Talıbov “Cagteks”ə nə qədər sərmayə qoyub?

Talıbovların daha bir şirkəti üzə çıxdı – Rza Talıbov “Cagteks”ə nə qədər sərmayə qoyub?

2023-01-31
Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb.

Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb.

2023-01-30
“İran müharibə etmək istəyir, çünki…” – Sabiq nazirdən şok iddia

“İran müharibə etmək istəyir, çünki…” – Sabiq nazirdən şok iddia

2023-01-30
Müdafiə Nazirliyi məlumat yaydı – Video

Müdafiə Nazirliyi məlumat yaydı – Video

2023-01-30
Səhlab Bağırov vəzifəsindən azad olundu – Yeni təyinat

Səhlab Bağırov vəzifəsindən azad olundu – Yeni təyinat

2023-01-30
General məhkəmədə üsyan etdi: “Heç bir sübut yoxdur”

General məhkəmədə üsyan etdi: “Heç bir sübut yoxdur”

2023-01-30
“SOCAR Downstream Management”in direktoru dəyişib

“SOCAR Downstream Management”in direktoru dəyişib

2023-01-30
Budapeştdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub – FOTOLAR

Budapeştdə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub – FOTOLAR

2023-01-30
Polis Bakıda 52 gündür bu oğlanı axtarır – FOTO

Polis Bakıda 52 gündür bu oğlanı axtarır – FOTO

2023-01-30
Azərbaycanda ŞOK: Milli Məclisin 75 yaşlı deputatı sünnət olundu — VİDEO

Azərbaycanda ŞOK: Milli Məclisin 75 yaşlı deputatı sünnət olundu — VİDEO

2023-01-30
Cinarə gələcək toyundan danışdı

Cinarə gələcək toyundan danışdı

2023-01-30
Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirildi, vida mərasimi keçirilir

Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirildi, vida mərasimi keçirilir

2023-01-30
Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun xronologiyası – GÖRÜNTÜLƏR

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun xronologiyası – GÖRÜNTÜLƏR

2023-01-28
Qar yağacaq, yollar buz bağlayacaq – Hava xəbərdarlığı

Qar yağacaq, yollar buz bağlayacaq – Hava xəbərdarlığı

2023-01-28
Saakaşvili müalicədən imtina etdi

Saakaşvili müalicədən imtina etdi

2023-01-28
Nazir polkovnik-leytenantın yerinə yeni rəis təyin etdi

Nazir polkovnik-leytenantın yerinə yeni rəis təyin etdi

2023-01-28
Bazar günü hava necə olacaq? – Proqnoz

Bazar günü hava necə olacaq? – Proqnoz

2023-01-28

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728  
« Yan    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Home
  • Landing Page
  • Buy JNews
  • Support Forum
  • Contact Us

© 2022 Reportyor.info