13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Onlar ömürlərinin yarısını icra başçısı olub – Siyahı

11 May 2020, 15:19
Gündəm
A A
Onlar ömürlərinin yarısını icra başçısı olub – Siyahı

Son 6 ay ərzində 5 rayonun icra başçısının həbsi artıq digər icra başçılarının işində də korrupsiya əməllərinin olmasını gündəmə gətirdi. Bununla bağlı ölkənin adi vətəndaşından tutmuş deputatına kimi icra başçılarının fəaliyyətinin yoxlanılmasının zəruriliyini bildirdilər. 

Reallıqda həqiqətən bir şəxsin eyni vəzifədə 10 ildən yuxarı oturması artıq təmiz işləməməsi anlamına gəlir. Araşdırmalarımız zamanı Azərbaycanda 1992-ci ildən icra başçısı işləyən Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynovun adına rast gəldik. Ümumilikdə isə Azərbaycanda 63 rayon, 10 respublika tabeli şəhər, 14 şəhər rayonun olduğunu nəzərə alsaq işləyən icra başçılarının 40 faizi artıq 10 ildən yuxarıdır ki, bu kreslonu zəbt ediblər. Bunlardan ən böyüyü Zaqatalanın icra başçısı 73 yaşlı Mübariz Əhmədzadə, ən kiçiyi isə 48 yaşlı Qəbələnin icra başçısı Səbuhi Abdullayevdir.

1. 63 yaşlı Eldar Əziz oğlu Əzizov 2000-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı , 2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 2015-2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 15 noyabr 2018-ci il tarixdən isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

2. 53 yaşlı Fərzəliyev Abdin Ələsqər oğlu 2003-cü ilin aprel ayında Prezidentin Sərancamı ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayından isə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.

3. 57 yaşlı Əzizov Əziz İmran oğlu 2006-2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin, 2018-2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 12 Noyabr 2019-cu il tarixdən isə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

4. 66 yaşlı İbrahimov Tofiq Hüseyn oğlu 2010-cu ildən 2012-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb, 14 aprel 2012-ci il tarixdən isə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

5. 59 yaşlı Ağayev Qəzənfər Arif oğlu Yardımlı rayonunun İcra Hakimiyyətinin Başçısı (2006), Masallı rayonunun İcra Hakimiyyətinin Başçısı (2006—2012), 2012-ci ildən Astara rayonunun İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.

6. 73 yaşlı Əhmədzadə Mübariz Cuma oğlu 27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsini icra edib, 2009-cu ildən Zaqatala rayonu İcra Hakimiyyətinin Başçısıdır.

7. 61 yaşlı İsayev Vidadi İsa oğlu 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci ildən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

8. 62 yaşlı Abıyev Əhəd Mikayıl oğlu 2011-ci ildən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

9. 65 yaşlı Alıyev Alı Nuşrəvan oğlu 2011-ci il ildən  Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

10. 52 yaşlı Quliyev Məhərrəm Böyükağa oğlu 2011-ci il ildən Agstafa rayon İcra hakimiyyətinin başçısı, 2019-cu il tarixdən isə Goranboy rayon İcra hakimiyyətinin başçısı  təyin edilib.

11. 63 yaşlı Seyidov Arif Akif oğlu 2006-cı ildən Göygöl rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

12. 67 yaşlı Usubov Şahmar Şahhüseyn oğlu 2000-ci il dekabr ayının 21-dən Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

13. 61 yaşlı Hüseynov Eyvaz Mövsüm oğlu 1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

14. 55 yaşlı Cəfərov Ceyhun Fərrux  oğlu 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı, 2014-cü iildən isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

15. 61 yaşlı Şəkiliyev Musa Şaban oğlu 2010-cu ildən  Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

16. 48 yaşlı Abdullayev Səbuhi Məhəmməd oğlu 2010-cu ildən Qəbələ Rayon İcra hakimiyyətinin başçısı təyim edilib.

17. 68 yaşlı Məmmədov Adil Məcnun oğlu 1994-cü ildən Oğuz, Qəbələ, Biləsuvar rayonlarında çalışıb. 2011-ci ildən isə Qobustan Rayon İcra hakimiyyətinin başçısıdır.

18. 67 yaşlı İsaqov Malik Xizir oğlu 8 sentyabr 2001-ci il tarixdən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

19. 62 yaşlı Alxasov Şair Balaşərif oğlu 18 dekabr 2007-ci il tarixdən Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

20. 54 yaşlı Bağırov Rövşən Elmidar oğlu 2 aprel 2007-ci il tarixdən Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilib.

21. 61 yaşlı Qaraşov Taleh Azay oğlu Kürdəmir rayonunun icra başçısı (1996—2002), Cəlilabad rayonunun icra başçısı (2002—2006), Neftçala rayonunun icra başçısı (2006—2011), Astara rayonunun icra başçısı (2011—2012) işləyib. 2012-ci ildən isə Lənkəran şəhərinin icra başçısıdır.

22. 61 yaşlı Şahin Kərim oğlu Məmmədov 17 aprel 2004-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başcısı, 26 dekabr 2005-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, 20 noyabr 2019-cu ildə isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

23. 57 yaşlı Qurbanov Eyvaz Daşdəmir oğlu 20 aprel 2011-ci ildən  Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

24. 68 yaşlı İsmayılov Nazim Mehdi oğlu 2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı işləyib, 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

25. 61 yaşlı Cabbarov Siraqəddin Nəcəf oğlu 25 aprel 2008-ci ildən 17 may 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 17 may 2019-cu il tarixdən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

26. 73 yaşlı Qocayev Alı İbrahim oğlu 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 18 aprel 2012-ci il tarixdən Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

27. 66 yaşlı Novruzov Novruz Nəcəf oğlu 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 5 aprel 2019-cu il tarixdən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

28. 60 yaşlı Usubov Elxan Zabir oğlu 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. 2011-ci il may ayının 23-dən isə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

29. 62 yaşlı İlqar Namaz oğlu Abbasov 2004-2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, 2005-2019-cu illərdə isə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifələrində çalışıb. 12 noyabr 2019-cu il tarixdən Şirvan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

30. 69 yaşlı Səfərov Bayram Əsəd oğlu 2009-cu il fevral ayının 27-dən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

31. 55 yaşlı Məmmədov Mənsur Həmzə oğlu 2005-ci Zərdab rayon İcra hakimiyyətinin başçısı, 2007-ci ildən Göyçay rayon İcra hakimiyyətinin başçısı, 2015- ci ildən Ucar rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

32. 56 yaşlı Əsgərov Ayaz Nəriman oğlu   2011-2016-cı illərdə isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı, 19 may 2016-cı il tarixdən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

33. 60 yaşlı Həsənov Ramiz Şamil oğlu 2011-ci ildən Zəngilan Rayon İcra hakimiyyətinin başçısıdır.

34. 64 yaşlı Mərdan Talıb oğlu Camalov 2005-2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 12 noyabr 2019-cu il tarixdən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Əvvəlki yazı

Flora Kərimova nazirin müdafiəsinə qalxdı

Sonrakı yazı

Salyanda icra nümayəndəsi koronavirusa yoluxub

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.