13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Onlar halal səslərimi saxtalaşdırıblar” – Ləman Ələşrəfqızı

18 Fevral 2020, 16:30
Cəmiyyət
A A
“Onlar halal səslərimi saxtalaşdırıblar” – Ləman Ələşrəfqızı

“Dünəndən sükut içində baxıram. “Real TV”-dən getməyimizi manşetə daşıyanlar, bununla da gündəmi dəyişməyə çalışanlar kaş mənim namizəd olduğum 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin ləğvi məsələsini də belə həvəslə gündəmə gətirəydilər. Amma etmirlər!”

“Yeni Sabah” xəbər verir ki, bunu “Real TV”-nin keçmiş əməkdaşı, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədliyini irəli sürən Ləman Ələşrəfqızı sosial şəbəkə hesabında deyib. Jurnalistin həmkarlarından gileyini də gizlətməyib:

“Maraqlıdır, Prezidentə etdiyim müraciəti əsas xəbər saytları görməzdən gəldi. Ölkənin ictimai-siyasi həyatına nüfuz edən ayrı-ayrı şəxslər – hansı ki, sosial şəbəkədəki statusları ilə çox ciddi təsir imkanlarına malikdirlər – onlar da bu dairəni dilə gətirmək istəmirlər”.

Ləman Ələşrəfqızı namizədi olduğu dairə ilə bağlı şikayətini yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də qeyd edib:

“Sabah 117 saylı dairənin qərarından şikayətimi MSK-ya ünvanlayacam. Artıq sənədlərimi hazırlayıram. MSK nə deyəcək? O da susacaq? Axı o videoların içində mənim səlahiyyətli nümayəndəmə təsir göstərən ayrı-ayrı vəzifə sahiblərinin adı keçir?! Onlar mənim halal səslərimi Naxçıvanlının (qeyd: 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədliyini irəli sürən Aqiyə Naxçıvanlı) xeyrinə saxtalaşdırıblar…

Bir məntəqədə 301 səsi 185-ə endiriblər! O zaman necə olur ki, Əlinin, vəlinin, pirvəlinin dairəsi ləğv olunur, bu olunmur? Məhz bu cür deputatlar, yarıtmaz icra məmurları ucbatından əhali ilə dövlət arasında nə boyda bir uçurum var, fərqindəsizmi? Şəxsən mən o uçurumu təşviqatım dönəmində aradan qaldıra bildim.

Ən radikal seçicim ən sonunda mənə könüllü müşahidəçi durdu, çıxışlarımı alqışladı, dövlətimi, Prezidentimi alqışladı. Nəticəsi? Nəticəsi 10 il o deputat kürsüsündə oturan, saxtakarlığı həyat kredosu seçən, Azərbaycanın təhsil sistemini 30-40 min saxta diplomla elə 30-40 il geri salan biri saxta seçkilərlə də sənin halal haqqına girdi. Hamı da susub durur. Çünki, bunlar bərk qozdular, sındırmaq müşkül məsələdir. Bəs mənim seçicilərimin sındırılan iradəsi? Bəs bu dövlətlə vətəndaş arasına girən çürümüş ideologiya daşıyıcıları? Niyə təzyiqlə, təsirlə birini ləğv edirsiz, o birini yox? Necə anlayaq bunu, necə başa düşək?”, – deyə, Ləman Ələşrəfqızı əlavə edib.

Qeyd edək ki, L. Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. L.Ələşrəfqızı ilə birgə həmkarı Afət Telmanqızı və İlqar Mikayıloğlu da “Real TV”-dən çıxarılıb.

Əvvəlki yazı

Üç prezident Tehranda görüşəcək

Sonrakı yazı

Bəxtiyar Hacıyevin dairəsi ilə bağlı qərar: 6 məntəqə ləğv edildi

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.