15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“ONLAR ƏSL CİNAYƏTKAR QRUPLAŞMA YARADIBLAR” – “Hafka” Ziya Məmmədov haqda…

30 Noyabr 2018, 17:33
Seçmə
A A
“ONLAR ƏSL CİNAYƏTKAR QRUPLAŞMA YARADIBLAR” – “Hafka” Ziya Məmmədov haqda…

“Haf

ka” kimi tanınan keçmiş oliqarx Hafiz Məmmədov “Azərbaycan Kredit Bürosu” MMC-dən bütün şirkətləri üzrə Azərbaycan Beynəlxalq Bankına heç bir ödənilməmiş kreditlərinin olmadığını təsdiq edən rəsmi arayış alıb. “Hafka” bu arayışın surətini virtualaz.org-a təqdim edib.

Hansı ki, biznesmenin bütün aktivləri həbs altındadır və ona qarşı cəmi 772 milyon manatlıq kredit borcları üzrə məhkəmə iddiaları qaldırılıb. Bəs bu absurd situasiya necə yaranıb? Necə olur ki, rəsmi dövlət qurumu olan “Azərbaycan Kredit Bürosu” MMC “Hafka”nın borcunun olmadığını təsdiq edir, amma Azərbaycan Beynəlxalq Bankının problemli kreditlərini təhvil alan “Aqrarkredit” ASC ondan az qala 1 milyard manata yaxın pul tələb edir?

“Azərbaycan Kredit Bürosu” MMC yeni yaradılmış strukturdur və orada bütün yerli bankların müştərilərinin aldığı, vaxtında qaytarılan və qaytarılmayan kreditlər üzrə hesabat cəmləşib.

Bundan əvvəl “Hafka” sənədlərlə sübut edə bilmişdi ki, onun adına yazılan 112 milyon dollar və 3 milyon avro krediti əslində Cahangir Hacıyevə bağlı olan “Henney” adlı şirkət götürüb. Amma belə görünür ki, “Hafka”nın bu dəlillərinə məhəl qoymaq istəmirlər.

Yaxud “Azerycard” MMC ilə bağlı fırıldaq. Bu şirkət birbaşa Beynəlxalq Banka tabe olub. Biznesmen bu şirkətdən 47 milyon dollar borc götürdüyün inkar etmir. Amma o borcun hamısını qaytarıb, üstəlik məbləğin cəmi 20 milyon dollarını xərcləyəndən sonra. Buna baxmayaraq Hafiz Məmmədovun borcunu ödənilməmiş kredit kimi rəsmiləşdiriblər və ondan hələ də 47 milyon dollar tələb edirlər.

Belə çıxır ki, bank öz sənədlərində kreditlərin verildiyini və ödənildiyini fiksə edir, amma məhkəmə iddialarında göstərilir ki, kredit ödənilməyib. Vaxtı keçib və üstəlik əsas borca faizlər də hesablanmalıdır. Bunu təkcə “Hafka” yox, vaxtilə Cahangir Hacıyevin dövründə Beynəlxalq Bankın müxtəlif instansiyalara təqdim etdiyi sənədlər, ondan sonra isə Elmar Məmmədovun dövründə təqdim edilmiş sənədlər də deyir.

Bank və maliyyə bazarları üzrə ekspert Əkrəm Həsənov deyir ki, indiki halda bankın məhkəmə iddiasında əks olunanların hamısının həqiqət olduğunu demək mümkün deyil. Çünki bank iddia qaldırarkən öz maraqlarınan çıxış edir. “Azərbaycan Kredit Bürosu” ASC isə neytral strukturdur tərəflərdən heç birinin maraqlarını müdafiə etmir, deməli bu strukturun arayışı məhkəmə iddialarından üstün olmalıdır.

3Əkrəm Həsənov

“Azərbaycan Kredit Bürosu” ASC maliyyə bazarlarında hökm sürən qarmaqarışıqlığa son qoymaq üçün yaradılıb. Büro potensial müştərinin nə dərəcədə etibarlı olduğu barədə banklara arayışlar verməlidir. Eyni zamanda bu struktur müştərilərin özlərinə də banklarla bağlı analoji məlumatlar verə bilər.

Bəs “Hafka” bu vəziyyətlə bağlı nə deyir? Müflis biznesmen bildirir ki, vaxtilə keçmiş biznes tərəfdaşları və bəzi oliqarxlar onun səmimiliyindən istifadə edib tora saldılar. “Mənim bəzi yaxın tərəfdaşlarım və inandığım əməkdaşlarım əsl mütəşəkkil cinayətkar qruplaşma yaradıblar, onlar mənim qazandığım milyonlarla dolları talayıblar və xaricə çıxarıblar” – o deyir.

4

Biznesmen onun keçmiş yaxın tərəfdaşlarının-eks nəqliyyat naziri Ziya Məmmədovun, Cahangir Hacıyevin, Eldar Mahmudovun indiki aqibətlərini xatırladır. Deyir ki, onlar cəzalarını alıblar, amma qoyduqları fundament möhkəmdir və qurduqları fırıldaq sxemləri hələ də məhkəmələrdə həqiqət kimi qəbul olunur. Nəticədə “Hafka” borc bataqlığına salınıb və bu bataqlıqdan onun yaxın vaxtlarda çıxması real görünmür.

12

Əvvəlki yazı

İran-Azərbaycan sərhədində atışma olub, 1 nəfər tutulub –Elçin Quliyev hadisə yerində (FOTO)

Sonrakı yazı

DYP RƏİSİNİ İTTİHAM EDƏN HƏBS OLUNDU! – “Özü bunu etiraf etdi…” (Yeniləndi)

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.