İtaliyalı alimlər bir ay əvvəl “Omikron” virusunun yeni variantını aşkar ediblər, lakin ictimaiyyəti həyəcanlandırmamaq üçün bu barədə məlumat verməkdən imtina ediblər.
Reportyor.info xəbər verir ki, bu sözləri İtaliya Milli Elmi Araşdırma İnstitutunun direktoru Françesko Vayya deyib.
O vurğulayıb ki, yeni variant “Omikron-1”lə oxşardır və ciddi təhlükə törətmir.
“Omikron”un yeni mutasiya etmiş variantı getdikcə mövsümi xəstəliyin xüsusiyyətlərini və əlamətlərini daşıyır”, – deyə mütəxəssis bildirib.