03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Omikron”a daha çox kimlər yoluxa bilər? – Açıqlama

13 Yanvar 2022, 10:51
Cəmiyyət
A A
“Omikron”a  daha çox kimlər yoluxa bilər? – Açıqlama

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya van Kerkhove və ÜST-in fövqəladə hallar üzrə direktoru Mayk Rayan “Omikron” ştamı ilə yoluxmada risk qruplarını sadalayıblar.  ÜST ekspertləri izah ediblər ki, xəstənin yaşı artdıqca ölüm riski artır, əlavə olaraq yanaşı gələn xəstəliklərin olması səbəbindən orqanizmin virusla mübarizə qabiliyyəti azalır: “Peyvənd olunmamış insanlar, yaşlılar və əsas xroniki xəstəliyi olan insanlar koronavirusun “Omikron” ştamı ilə yoluxma riski altındadırlar”. Rayan izah edib ki, peyvənd olunmayanlar üçün “Omikron” infeksiyası sağlamlıq və həyat üçün “əsas” təhlükə yaradır. Onun sözlərinə görə, peyvəndin bir dozasını alanlar COVİD-19-a yumşaq şəkildə dözürlər: “İnsanlar peyvənd etmək zərurəti barədə həqiqətən ciddi düşünməlidirlər”. Kerxove deyib ki, “Omikron”a yoluxma nəticəsində baş verən ölüm halları xəstənin yaşı artdıqca artır: “Bizdə ən azı xroniki xəstəliyi olan insanların xəstəxanaya yerləşdirmə və ölüm riskinin yüksək olduğunu göstərən bir neçə ölkədən məlumat var. Virus infeksiyalarının təsiri çox vaxt insanın ilkin sağlamlıq vəziyyətindən, o cümlədən immunitet sisteminin nə qədər güclü olmasından asılıdır. Məsələn, şəkər xəstəliyinə tutulmaq orqanizmin virusla mübarizə qabiliyyətini azaldır”.

ÜST-in Avropa üzrə regional direktoru Hans Klyuj bildirib ki, Avropa əhalisinin yarısı qarşıdakı həftələrdə “Omikron” variantına yoluxa bilər. “Bu templə Səhiyyə Ölçüləri və Qiymətləndirilməsi İnstitutu region əhalisinin 50%-dən çoxunun yaxın 6-8 həftə ərzində “Omikron”a yoluxacağını proqnozlaşdırır”, – deyə təşkilatın virtual mətbuat konfransı zamanı bildirib. O, “Omikron” və “Delta” variantlarının birlikdə 2022-ci ilin ilk həftəsində 7 milyondan çox yeni yoluxmaya səbəb olduğunu deyib: “Bu gün “Omikron” variantı bütün ölkələrin 2021-ci ilin sonuna qədər təsirində olduğu “Delta” dalğasına əlavə olaraq, qərbdən şərqə doğru regiona yeni dalğa gətirib”, – deyə o əlavə edib.

ÜST bildirir ki, “Omikron” “Delta”dan daha sürətlə yayılır, lakin digər variantlarla müqayisədə onun nə qədər ciddi xəstəlik və ölümə səbəb olduğuna dair alimlər arasında konsensus yoxdur. Belə görünür ki, o, tam peyvənd olunmuş insanları yoluxdurur.

Bu arada, Azərbaycana gətirilən yeni peyvəndlərin sayı açıqlanıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, təsdiq olunmuş müqaviləyə əsasən, 2021-ci ilin dekabr ayının sonunda ölkəyə 1 344 330 doza “Pfizer/Biontech” vaksini gətirilib. Yeni gətirilmiş “Pfizer/Biontech” vaksininin istifadə müddəti 2022-ci il martın 22-nə qədərdir.

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Mərdan Əliyev 

İnfeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a mövzunu belə şərh edib: ““Omikron”un Azərbaycana gələcəyi məlum idi. “Omikron” sürətli yoluxma qabiliyyətinə malikdir. Onun yayılma sürəti virusun “Delta” növündən 70 dəfə çoxdur. 70 dəfə daha çox virus yükünə malikdirsə, demək ki, şəxsin tənəffüs yolundan çıxan virusların sayı da o qədər çoxdur. Buna uyğun olaraq yoluxdurma qabiliyyəti də artır. O, Cənubi Afrikada tapıldıqdan bir neçə gün sonra artıq Avropada aşkar olundu. Avropanın  bəzi ölkələrində də “Omikron” variantı dominantdır. Bundan sonra Azərbaycanda da yeni artımları gözləmək olar. Türkiyədə də yoluxma sayında çox sürətli artımlar müşahidə edildi, heç bu qədər artımlar olmamışdı. Azərbaycanda da bu gözləniləndir”.

Əliyev bildirib ki, “Omikron” spayk proteinində daha çox mutasiya olması ilə fərqlənir: “Vaksinlərin əksəriyyəti də spayk proteininə uyğun hazırlanır. Ona görə də vaksinlərin effektivliyi azalacaq. Amma burada ola bilsin, ”CoronaVac”ın effektivliyi daha az olsun. Yəni “Pfizer”in effektliyi daha çox çoxalacaq. Çünki “Pfizer” vaksini spayk proteinindən hazırlanıb”.

İnfeksionist sərt karantin qaydalarından da danışıb: “Karantin qaydalarının, məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı çox sual verilir. Müəyyən lokal məhdudiyyətlər ola bilər. Amma çox güclü qapanmalara gediləcəyini düşünmürəm. Çünki ”Omikron” sürətlə yayılsa da, xəstəliktörətmə qabiliyyəti və xəstələri ağırlaşdırması o qədər də çox deyil. Düzdür, hərarət, halsızlıq kimi əlamətlər olur, amma ağırlaşma, boğulma kimi hallar olmur. Xəstəxana tələb edən halların sayı da çox olmayacaq. Sərt karantin rejiminə gedilməsinə ehtiyac qalmayacaq”.

Təhsil müəssisələri iki-üç həftəlik bağlanmalıdır, yoxsa...”-  infeksionistdən xəbərdarlıq

 Nicat Əzimli

Həkim-infeksionist Nicat Əzimli isə “Yeni Müsavat” a bildirib ki, buster doza yeni ştamın yarada biləcəyi təhlükələrin qarşısını almaqda olduqca vacibdir: “Nəzərə alsaq ki, iki doza peyvənd ”Omikron”dan qorumur, bu o deməkdir ki, Azərbaycanda 2 doza peyvənd almış şəxslər “Omikron”a qarşı tədbir olaraq buster dozanı da mütləq vurdurmalıdırlar. Xüsusilə “Pfizer” vaksini “Omikron”a qarşı effektinə görə daha uğurludur. Bununla belə, “Omikron” öncəki ştamlarla müqayisədə daha yüksək yoluxuculuq qabiliyyətli olsa da, ağırlaşma hallarına daha az rast gəlinir. Yüksək yoluxuculuq xüsusiyyətinin olmasını xüsusi qeyd etsək, bu variantın ortaya çıxdığı ölkələrdə epidemik vəziyyətin dramatik şəkildə pisləşməsinin səbəbi də budur. Eləcə də virusun xəstəliyi keçirmiş və ya vaksinlənmiş şəxsləri də xəstələndirə bilmə xüsusiyyəti var. Bu, vaksinlərin tamamilə yararsız olması demək deyil. Belə ki, tədqiqatlar nəticəsində məlum olub ki, buster doza peyvənd almış şəxslər “Omikron”a qarşı da qorunmuş olur. “Omikron”un törətdiyi xəstəliyin ağırlıq dərəcəsi və fəsadlarına gəldikdə isə  burada vəziyyət qismən yaxşıdır. Belə ki, “Omikron”la xəstələnmiş şəxslərdə “Delta” variantına nisbətən daha az ağırlaşma və fəsadlara rast gəlindiyi qeyd olunur”.

Əvvəlki yazı

Səfir: “Nazarbayev hazırda Qazaxıstanın paytaxtındadır”

Sonrakı yazı

Sülhməramlılar daha bir erməni meyiti apardı

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.