14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Omikron” ştammı daha çox mutasiyaya uğrayır…” – infeksionistdən ŞOK AÇIQLAMA

30 Noyabr 2021, 08:37
Cəmiyyət, Manşet
A A
“Omikron” ştammı daha çox mutasiyaya uğrayır…” – infeksionistdən ŞOK AÇIQLAMA

“Omikron” ştammı daha çox mutasiyaya uğrayır…” – infeksionistdən ŞOK AÇIQLAMA
“Delta” ştammının fəsadları aradan qalxmamış indi də dünyada COVİD 19-un “Omikron” variantının yayılması ajiotaj yaradıb. Ümumdünya Səhiyyə Təşkilatından bildirilib ki, koronavirusun yayılmasının qarşısını almaq üçün yeni səylərə ehtiyac var.

ÜST Cənubi Afrikada yayılan və B.1.1.529 adlandırılan yeni mutasiyanın digər variantlardan daha yoluxucu olduğunu bildirib. Yeni virus ştammı artıq bir neçə ölkədə aşkarlanıb. Kanadanın paytaxtı Ottavada 2 nəfərdə “Omikron” ştammına yoluxma faktı aşkar olunub. İsrail isə yeni virus səbəbindən əcnəbilər üçün sərhədlərini iki həftəlik bağlayıb. Britaniyada daha 1 nəfərin bu virusa yoluxma faktı qeydə alınıb. ABŞ prezidenti Co Baydenin “Omikron” ştammı ilə bağlı xüsusi açıqlaması gözlənilir.

Bəs görəsən, bütün bunlar koronavirusa qarşı ümumdünya mübarizə metodunun təsirsiz olduğuna dəlalət edirmi? Yoluxma azalmır, xəstəlik aradan qalxmır, ölüm halları da artan xətlə davam edir. Halbuki 2022-ci ildə bəşəriyyətin bu bəladan qismən qurtulacağı proqnozlaşdırılırdı.

Bu arada, Azərbaycanda da vəziyyət kritik olaraq qalır. Xüsusilə də rayonlarda, kəndlərdə COVİD-ə yoluxmalar artır. Koronavirusa yoluxanların əksəriyyəti həkimə müraciət etmədən əhali arasında gəzib-dolanır, toy-yas mərasimlərinə gedirlər. Bəs görəsən, bu amillər yoluxmanın və ölüm hallarının artmasına səbəb olurmu? “Omikron” ştammı bizim ölkə üçün nə dərəcədə təhlükəlidir?

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib ki, Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb. Onun sözlərinə görə, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

Genetika mütəxəssisi əlavə edib ki, müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb. Nəzərə alınsa ki, ölkəmizin xarici ölkələrlə gediş-gəlişi var, bizdə də bu virus variantının olması labüddür…

Yeni virus ştammını, epidemioloji vəziyyətlə bağlı tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə “Yeni Müsavat”a belə şərh verib: “Pandemiya artıq iki ildir davam edir. Hesab edirəm ki, hələ iki il də davam edəcək. 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində COVİD-19 əmələ gəlib, bütün dünyaya yayılanda hamı düşünürdü ki, havalar istiləşər, növbəti il xəstəlik çəkilib gedər. Amma belə olmadı, əksinə, 2020-ci ilin yayında qışa nisbətən daha yüksək göstəricilər müşahidə olundu, dünyanın 200-dən çox ölkəsinə yayıldı.

COVİD-19 infeksiyası mutasiyaya uğrayıb, hazırda “Omikron” ştammı peyda olub, bundan əvvəl Hindistan ştammı deyilən “Delta”, “Delta plyus” variantları əmələ gəldi. Ümumi olaraq qeyd etmək istəyirəm ki, koronovirusun bu ştammları yenə də yaranacaq. Bu, mikroorqanizmin bioloji xüsusiyyətləridir, artıb-çoxalmaq, mutasiyaya uğramaq, burada qeyri-adi bir şey yoxdur. Bu, mutasiyaya uğrayacaq, yüzlərlə, minlərlə növ əmələ gələcək. Necə ki, əmələ gəlib. Sadəcə olaraq, cəmiyyət üçün nisbətən diqqəti cəlb edən ştammlar əmələ gəlib. Məsələn, “Omikron” ştammı daha çox nəzərə çarpır, yoluxuculuq xüsusiyyəti daha çoxdur. Deyilənə görə, “Delta”dan daha da yoluxucudur və bu daha çox genetik mutasiyaya məruz qalıb. İnsanda ikinci, üçüncü dəfə yoluxma halları müşahidə edilə bilər”.

“Pandemiya bitməyib, indiyə qədər tətbiq edilən tədbirlər yenə davam etdirilir” – deyən V. Cavadzadə əlavə edib ki, ölkəmizdə də üç dəfə sərt karantin tətbiq edilib, hər üçündə yoluxma sayı azalıb, sərt karantin tədbirləri yumşalan kimi yoluxma yenidən artıb: “Fikrimcə, yenə tədbirlər davam etdirilməlidir. Sərt karantin tədbirlərinin olması lüzumsuzdur. Sadəcə, məsələnin problemli tərəfi odur ki, bu viruslar dəfələrlə mutasiyaya uğrayandan sonra vaksinin effektivliyi aşağı düşəcək. Görürsünüz, ÜST, Qərb ölkələrində son günlər fikirlər səsləndirilir ki, yeni vaksin hazırlanmalıdır. ”Omikron” daha çox mutasiyaya uğradığına görə ola bilsin ki, vaksinasiyanın effekti olmasın. O səbəbdən bu varianta qarşı vaksin hazırlanmalıdır. Sadə bir misal çəkim, qrip infeksiyasının A,B, C serotipləri var. A serotipi daha çox xəstəlik törədir. A serotipi də özü yarımtiplərə bölünür. Hər yarımtipə uyğun vaksinlər var. Məsələn, bir yarımtipə uyğun vaksin digəri üçün effektli deyil. Yaxud insan bir yarımtiplə xəstələnəndə digər yarımtipə uyğun immunitet əmələ gəlmir. Zaman keçdikcə bir COVİD-də də belə hal müşahidə edəcəyik. COVİD-in hər tipinə uyğun olaraq vaksinlər hazırlanmalıdır, yəqin ki, hazırlanacaq. Çünki dünya ictimaiyyətində də bu barədə fikirlər var. Viruslar getdikcə genetik modifikasiyaya məruz qalıb, amma öz ana xəttindən genetik olaraq uzaqlaşmır. Onun tərkibində COVİD-19-un 30 mindən artıq amin turşuları var. Bunların quruluşlarında dəyişikliklər olur, amma ümumi olaraq yüz faiz dəyişiklik olmur.

Əvvəlki yazı

Azərbaycanda yarıçılpaq qızlarla özünü reklam edən sanatoriya – Fotolar

Sonrakı yazı

Xalq artistinin səhhətində problemlər yarandı – FOTO

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.