04-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ölüb, ölüb də…” – Deputat

29 Avqust 2019, 11:38
Cəmiyyət, Seçmə
A A
“Ölüb, ölüb də…” – Deputat

Milli Məclisin payız sessiyasının ilk iclası 30 sentyabrda başlayacaq. Daxili Nizamnaməyə əsasən, plenar iclaslara həmin tarixdən etibarən start verilsə də, sentyabrın ilk günlərindən etibarən komitələrin toplantıları keçiriləcək.

Strateq.az bildirir ki, qarşıdakı sessiyada müzakirə olunacaq qanun layihələri ilə bağlı təfsilatlar hələ bəlli olmasa da, “Yeni Müsavat”a maraqlı məlumat daxil olub.

Məlumata görə, payız sessiyasında “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsi müzakirəyə təqdim ediləcək. Üstəlik, layihəyə çox mühüm və olduqca maraqlı düzəlişlərin ediləcəyi bildirilir.

Xatırladaq ki, sözügedən qanun layihəsi ilə bağlı hələ 2018-ci ilin payız sessiyasında anons edilmişdi. O zaman bildirilmişdi ki, İctimai birliklər və dini qurumlar komitəsi, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi layihəni birgə müzakirəyə çıxaracaq. Ancaq nədənsə layihədən səs-soraq çıxmadı və onun müzakirə olunmamasının səbəbləri də açıqlanmadı.

Bəzi mənbələr layihə ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunu bildirsələr də, bu, təsdiqlənmədi.

Xatırladaq ki, o zaman yayılan məlumatlarda yeni qanun layihəsinin hazırda qüvvədə olan, 1992-ci ildə qəbul edilən “Dini etiqad azadlığı haqqında” Qanunu əvəz edəcəyi bildirilirdi. Yeni qanun layihəsinin parlamentin 2019-cu il yaz sessiyasında plenar müzakirəyə çıxarılacağı deyilsə də, bu, baş vermədi. Belə görünür ki, qanun layihəsinin “bəxti açılıb” və müzakirəyə təqdim ediləcək.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qəzetə açıqlamasında ilginc məlumatlar verib.

Bildirib ki, yenidən üzərində işlənilən qanun layihəsində yeniliklər olacaq. Bu sıraya rəsmi mətbuatda ənənəvi olaraq rast gəldiyimiz, başsağlıqlarının yığışdırılması məsələsi də daxildir.

“Rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır” – deyə, komitə sədri bildirib.

S.Novruzov indiyə qədər tətbiq olunan qaydaların yığışdırılması zərurətindən də danışıb:

“Yazılır ki, filankəs ölüb. Allah rəhmət eləsin! Ölüb, ölüb də. Rəsmi adamdırsa, bu, başqa məsələ. Dövlət başçısı buna başsağlığı verir. Necə ki, haradasa zəlzələ, yaxud başqa ağır hadisə baş verəndə, çoxsaylı insan tələfatı olanda dövlətlərin başçıları bir-birinə başsağlığı verirlər, bu, başqa şeydir. Ya da Azərbaycanın hansısa dövlət xadimi və ya mədəniyyət-incəsənət xadimi rəhmətə gedəndə dövlət başçısı bununla bağlı başsağlığı verir, nekroloq imzalayır. Bunlar fərqli məsələdir. Amma birinin qayınanası, qayınatası ölüb, Allah rəhmət eləsin, başsağlığı yarışı başlayır, qəzetin bir hissəsi belə şeylərə sərf olunur. Başsağlıqları növbəyə düzülür. Zəng elə, başsağlığı ver, daha bunu başqasına niyə elan edirsən ki? İndi biz istəyirik bunu qanuni formaya salaq”.

S.Novruzov deyib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən dəyişikliklər payız sessiyasında müzakirəyə təqdim oluna bilər: “Çalışacağıq ki, bu məsələləri qanuna daxil edək”.

Komitə sədri digər dəyişikliklərin də anonsunu verib: “Deyək ki, haradasa yas məclisidir, amma insanlar işləyirlər, iş vaxtıdır. Maksimum müddət 10 dəqiqə olmalıdır. Gəldin, başsağlığı verdin, dur, get! Sən gəlib iki saat oturursan yas məclisində… Bəziləri dövlət məmuru, icra başçısı, polis rəisləridir, onların o qədər işi var ki. Əlacsızlıqdan gəlirlər, orada otururlar. Tez gedəndə deyirlər niyə məclisi tez tərk elədi? Belə şeylərlə insanların vaxtını almaq olmaz. İstəyirik ki, bütün bunların hamısını qanuna daxil edək və bu məsələlər birdəfəlik öz həllini tapsın”.

Milli Məclisin komitə sədri keçən il parlamentə göndərilən “Dini etiqad azadlığı haqqında” Qanunun nədən yaz sessiyasının müzakirəyə çıxarılmamasına da aydınlıq gətirib: “Biz qanun layihəsinə baxdıq. Orada bütün məsələlər tam əksini tapmamışdı. Müəyyən məsələlər var ki, onlar layihədə əks olunmalı, həmin məsələlər öz həllini tapmalıdır. İndi layihənin üzərində iş gedir. Yəqin ki, payız sessiyasında qanun layihəsini işləyib, qəbul edəcəyik”.

YAP funksioneri qanun layihəsi ilə bağlı Milli Məclisin müvafiq komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) arasında fikir ayrılığının olması haqda iddiaları təkzib etdi: “Biz hamımız qanun layihəsini birlikdə işləyib hazırlayırıq ki, yekunda qəbul olunacaq qanun insanların xeyrinə olsun. Yəni məsələlər həllini elə tapsın ki, insanlar xurafatdan uzaq olsun, inanclı insan öz inancı ilə hərəkət etsin, xurafatla yox”.

Qeyd edək ki, Azərbaycanda “ehsan qadağası”nın tətbiqindən 5 il zaman keçir. Ölkəmizdə yas mərasimlərində israfçı süfrələrin qarşısının alınması üçün 2014-cü ilin avqustunda ilk dəfə hökumət bütün ölkə boyu mübarizəyə başladı, ehsan süfrələrinin açılmaması tövsiyə olundu. Hətta bəzi yerlərdə qadağaya riayət edilməməsi ilə əlaqədar sərt tədbirlərə əl atıldı. Bir müddət bu sahədə normal durum yaransa da, sonradan ənənəvi vəziyyət bərpa olunmağa başladı.

S.Novruzov deyir ki, bu məsələ də gündəmdədir: “Bu da bizim nəzərimizdədir. Bəzi yerlərdə məsələlər həllini tapıb.

Məsələn, Naxçıvan Muxtar Respublikasında bu məsələ bütövlükdə həll olunub və artıq ənənə şəklini alıb. Bir dəfə ehsan verilir, o da 3 mərasimində, özü də bir saat müddətində. Həmçinin orada bir cür yemək ola bilər. Meyvə, digər nemətlər masaya qoyula bilməz.

Ehsan masasında çay, limon, xurma, halva ola bilər. Bunlar da ehsan sayılır. Azərbaycanın bəzi ərazilərində də məsələlər yoluna qoyulub. Amma bəzi yerlərdə bu ənənəni pozurlar.

Yəqin ki, biz bu kimi hallarla mübarizə məqsədilə addımlar atacağıq. Xüsusilə Bakı şəhərində. Elə yerlər var ki, qazanc məqsədilə istifadə edirlər və insanlar arasında fərq yaranır. Hansı ki, insanlar arasında fərq olmamalıdır, hamı bərabərdir”.

Komitə rəhbəri qəbiristanlıqlardakı başdaşları ilə bağlı Nazirlər Kabinetinin qərarının olduğunu da vurğulayıb: “Nümunəvi qəbiristanlıqların salınması ilə əlaqədar qərar verilib. Biz bunu qanun kimi qəbul etmək istəyirdik, sonra məsləhət oldu ki, Nazirlər Kabineti qərar versin. Çünki o yerləri Nazirlər Kabineti ayırır.

Beləliklə, Nazirlər Kabineti qərar verdi. Şəhidlərin, Fəxri Xiyabanda dəfn olunanların məzarlarını çıxmaq şərtilə, digər qəbiristanlıqlarda məzar daşları eyni ölçüdə olmalı, nömrələnməli, kitaba işlənməlidir. İmkansız vətəndaşların dəfnini, qəbrinin üstünün götürülməsini bələdiyyələr həyata keçirəcək”.

Toy mərasimlərindəki ifratçılığa gəldikdə, S.Novruzov deyib ki, o, toy mərasimlərinə baxmır, bununla Sosial siyasət komitəsi məşğul olur.

Əvvəlki yazı

“Paşinyan hüquqi baxımdan savadsızdır” – XİN

Sonrakı yazı

“AccessBank” prezident sərəncamına əməl etmir – İttiham

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04
Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

03 Sentyabr 2025, 13:02
“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

“Telegram” üzərindən yeni dələduzluq halları müşahidə olunur

03 Sentyabr 2025, 13:01
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər

03 Sentyabr 2025, 12:43
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı

03 Sentyabr 2025, 12:32
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub

03 Sentyabr 2025, 12:30
Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.