08-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ölkəyə 6.5 milyonluq dərman gömrükdən kənar necə gətirilib? –Generalın müavini məhkəmədə elə şeylər dedi ki…

12 Mart 2019, 21:17
Seçmə
A A
Ölkəyə 6.5 milyonluq dərman gömrükdən kənar necə gətirilib? –Generalın müavini məhkəmədə elə şeylər dedi ki…

Mərkəzi Gömrük Hospitalındakı kompüter-proqram sistemində ayrıca «Fikrət Qədiməliyev şöbəsi» varmış və F.Qədiməliyevin bütün qohumlarına, tanışlarına orada pulsuz xidmət göstərilirmiş.

General F.Qədiməliyev Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəisi olub, eyni zamanda hospitala rəhbərlik edib. Xəstəxanada onun adına olan şöbə barədə isə müavini olmuş Fərman Məmmədli məhkəmədə danışıb. F.Qədiməliyev də onun dediklərini təkzib etməyib.

F.Qədiməliyev, F.Məmmədli, həmçinin hospitalın işçiləri və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin də iki əməkdaşı daxil olmaqla, ümumilikdə 8 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Onlar 188 adda qaimə üzrə 6.5 milyon manatlıq dərmanların ölkəyə gömrük nəzarətindən keçirilmədən gətirilməsi, Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilmədən onların satışı və istifadəsində suçlanır. General və müavininə həm də hospitalda 15 milyon manatlıq mənimsəmə ittihamı verilib.

Hospitalın əczaçısı Sevinc Qurbanova martın 11-də məhkəmədə dindirilərkən deyib ki, xəstəxananın girişindəki aptekdə gün ərzində təxminən 1000 manatlıq mal satılırdı. Bunun cəmi 20-30 manatı rəsmiləşdirilirdi: «Bizə belə göstəriş verilmişdi».

Məhkəmədə hava limanında işləmiş gömrükçülər dindirilib. Onlardan soruşulub ki, necə olub, 2015-2018-ci illərdə gətirilən mallar yoxlanılmayıb, monitordan keçirilməyib? Amma heç biri bu suallara konkret cavab verməyib. İnspektor deyir ki, ancaq gələn malların qaimələrinə baxırdı, qutulardakı məhsula baxış keçirmək, sənəddə yazılanla qutunun içindəki malın eyni olub-olmadığını yoxlamaq onun işi deyildi, anbarda baxılmalıydı. Anbardar isə deyir ki, mallar onlara gəlib çatana qədər gömrük inspektorları özləri baxıb araşdırma aparırdılar. Beləliklə, uşaq bezi adıyla ölkəyə gətirilən dərmanları gömrükdən kimlərin buraxdığı bilinmir.

«Bəzi şirkətlərin malları yoxlanmırdı»

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisinin müavini işləmiş Azər Mustafayev də məhkəmədə şahid qismində dindirilib. Bu zaman məlum olub ki, o, rəsmən birinci şöbənin rəis müavini olsa da, ikinci şöbənin rəis müavininin işini görüb. Deyir ki, idarənin rəisi, general Sadiq Abdiyev ona belə göstəriş vermişdi. Onun sözlərinə görə, hava limanında sərnişinlər üçün «yaşıl dəhliz» olduğu kimi, gələn malların gömrükdən keçidində də «yaşıl dəhliz» vardı. Yəni bəzi şirkətlərin gətirdiyi mallara baxış keçirilmirdi, yaxud onların işi qısa müddətdə həll olunurdu. Amma o, həmin şirkətlərin adlarını açıqlamayıb.

2018-ci il aprelin 30-da DTX bu məsələ ilə əlaqədar əməliyyat keçiriləndən sonra istintaqa cəlb edilənlər arasında general S.Abdiyev də olub. Amma bu 8 nəfərin haqqındakı cinayət işi məhkəməyə göndəriləndə onun işi ayrılıb.

Hazırda məhkəmə qarşısına çıxarılan şəxslərdən F.Məmmədlinin vəkilləri bununla əlaqədar prokurorluğa şikayət veriblər. Onlar S.Abdiyevin məsuliyyətdən kənarda qalmasına etiraz edirlər.

Məhkəmə martın 14-də davam edəcək.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 179 (mənimsəmə), 206 (qaçaqmalçılıq) və 314-cü (səhlənkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Bu ittihamlarda 10 ilə qədər həbs cəzası nəzərdə tutulub. (azadliq.org)

 

Əvvəlki yazı

İcra hakimiyyəti orqanlarına qadağa qoyuldu –Prezident daha bir fərmana dəyişiklik etdi

Sonrakı yazı

ABŞ və “Taliban” arasında razılıq:”Əgər “Əl-Qaidə” ilə əlaqələr kəsilsə…”

Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.