Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 084 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reportyor.info ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 809 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 25 461 69, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 165, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 935 004 təşkil edir.