08-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ölkə səs-küylü istefalar astanasında: hansı nazir və icra başçıları yol üstədir? – Siyahı

08 Aprel 2019, 09:55
Seçmə, Banner
A A
Ölkə səs-küylü istefalar astanasında: hansı nazir və icra başçıları yol üstədir? – Siyahı

Ölkədə yanvardan başlayan köklü islahatlar paketinin davamı olaraq qarşıdakı aylarda səs-küylü istefalar olacağı gözlənilir. Reportyor.info-un əldə etdiyi məlumata görə, prezident sərəncamları ilə vəzifəsindən kənarlaşdırılacaq məmurlar siyahısında nazir və bir neçə icra başçılarının adlarının yer alacağı bildirilir.

Onlar prezidentin səbr kasasını daşıran, vaxtı yetişən məmurlardır ki, yola salınmalıdırlar. Ötən il Səlim Müslümov, Heydər Əsədov, Əli Həsənov, Firudin Nəbiyev, Fazil Məmmədov və xeyli sayda məmur, nazir vəzifəsi ilə vidalaşdılar. 2019-cu il də bu axımdan keçən ildən geri qalmayacaq və kadr islahatları daha dərindən həyata keçiriləcək.

Bu xüsusda son dövrlər süqutunu yaşamaqda olan, hətta yanan “Diqlas” ticarət mərkəzinin rəhbərliyi tərəfindən ittiham olunan fövqəladə hallar naziri Kəmaləddin Heydərov üçün “mürgü yastığı” hazırlandığı görünməkdədir.

K.Heydərov getdikcə “portfelsiz nazirə” çevrilir və eyni zamanda biznes imperiyasını itirilməsi anlamında Ziya Məmmədovun taleyini yaşamaqdadır.

Odur ki, ilin səs-küylü istefalarından biri FHN şefinin komandadan uzaqlaşdırılması ehtimalıdır. Ölkə başçısı özü də dəfələrlə bəyan edib ki, kadr islahatları davam edəcək və Nazirlər Kabinetinin siması tamamilə dəyişməlidir.

Prezidentin tezliklə əhalinin canını boğazına yığan səhiyyə naziri Oqtay Şirəliyevə də “Şöhrət” ordeni bağışlayıb vəzifəsindən azad etməsi istisna edilmir. Azərbaycan səhiyyəsindən olan narazılıq heç bir sektorda müşahidə olunmur.

Xəstəxanalarda rüşvət, həkim səhlənkarlığı, ölüm halları, səhv diaqnozlar, bərbad şəraitli palatalar və s. hallar səhiyyə nazirinin yaratdığı vəziyyətdir.

Bu gedişlə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə də çox işləməyəcəkləri hiss olunur. Gənc nazir ilk günlərdən narazılıq yaradıb və əsasən də özünüməşğulluq proqramı ilə bağlı faktlar vətəndaşların özləri tərəfindən ifşa olunub.

Digər portfelsiz və dilsiz-ağızsız məmur isə iqtisadiyyat naziri Şahin Mustafayevdir. K.Heydərova yaxın olduğu iddia edilən Ş.Mustafayev bu illər ərzində sanki nazir yox, hansısa komitənin sədr müavini kimi özünü aparıb. Halbuki, iqtisadiyyat kimi əhəmiyyətli bir sektora cavabdeh nazirdir.

Onun yerinə çevik, enerjili, fəal bir kadr təyin olunacağı gözlənilən proqnozlardan biridir. Lakin prezidentin kadr dəyişiklikləri təkcə Nazirlər Kabineti ilə məhdudlaşmayacaq.

Reportyor.info-ya daxil olan xəbərdə iddia edilir ki, yerli idarəetmə orqanlarında təmizləmələr kütləvi vüsət alacaq. Təkcə icra strukturlarının rəhbərləri deyil, aparat müdirləri, icra başçısı müavinləri də vəzifələrindən uzaqlaşdırılacaqlar.

Bu sistemin tədricən ləğvi, İH-lərin Asan Xidmətə çevrilməsi prosesi gedəcək. Onsuz da 30-a yaxn rayon dotasiyadan məhrum olunub. Prezident İH-lərin özlərini saxlamalı olduqlarını bəyan edib. Hətta vilayətlərin yaradılması, quberniya sisteminin gətirilməsi nəzərdən keçirilir.

Çünki icra başçıları yerlərdə heç bir işlə məşğul olmurlar. Onlar insanları incidirlər, dövlətdən narazı salırlar, hər ay bir rayonda məmur özbaşınalığına görə vətəndaşlar küçəyə çıxıb yol bağlayır, aksiya keçirir, məsuliyyəti hakimiyyətin üstündə qalır.

Məsələn, son dövrlərdə Ağcabədidə vətəndaşların aksiyası, icra başçısı Şahin Məmmədovla müavini Rövşən Əhmədovun ittiham edilməsi, Şəmkirdə 70 fəhlənin maaş kartını mənimsəyib hər ay cibinə qoyan məmurun həbsi və ona bu şəraiti yaradan icra başçısı Alimpaşa Məmmədovun narazılıq yaratması, həmçinin Bərdədən kütləvi şikayətlərin gəlməsi deməyə əsas verir ki, ən azı bu üç bölgənin rəhbərinin başı “kötük” üstündədir.

Lakin narazılığın miqyası cənub istiqamətinə qədər yönəlir: Salyanda icra başçısı Sevindik Hətəmovdan, Lənkəranda Taleh Qaraşovdan şikayətlər heç də az deyil.

Paytaxtın Nəsimi, Nizami, Qaradağ rayonlarının icra başçılarının da vaxtı çatıb, onlar Xətai, Binəqədidəki keçmiş həmkarlarının aqibətini yaşamağa çox yaxındırlar. Bunu yarıtmaz idarəçilikdən irəli gələn dəhşətli vəziyyət diqtə edir.

Prezident regionlarda və o cümlədən Bakının rayonlarında kiçik “padşah”ların hansı hoqqalardan çıxmalarının şahididir. Onlar kimsə əlahiddə səlahiyyət verməyib ki, istədikləri yerləri satsınlar, sahibkarları incitsinlər, yaşıllıqları məhv etsinlər, vətəndaşların müraciətlərini qulaqardı etsinlər.

Əldə etdiyimiz məlumatlardan biri ondan ibarətdir ki, İH-lərdə aparılacaq kadr islahatları çərçivəsində Göyçay icra başçısı Mehdi Səlimzadə, Qax icra hakimi Musa Şəkiliyev, İmişli şefi Vilyam Hacıyev, Sabirabad “şah”ı Nazim İsmayılov da vəzifədə son aylarını keçirirlər.

Ucqar bölgələrdə də vəziyyət ürəkaçan deyil. Daşkəsən icra başçısı Əhəd Abıyevin, Lerikin “hökmdar”ı Rövşən Bağırovun fəaliyyətindən narazılıq pik həddə çatıb.

İlin sonuna qədər prezidentin kadr islahatları bütün respublikanı, nazirlik və İH-ləri əhatə edəcək, dövlət başçısının komandası etimad göstərdiyi, xalqla işləyən, islahatçı fiqurlardan təşəkkül tapacaq.

Çünki əksər icra hakimiyyəti orqanları, onların başçıları ölkədə gedən islahatlar kursuna zidd fəaliyyəti ilə diqqət çəkirlər. Yerlərdə belə icra başçıları narazılıq yaratmaqla etirazları özlərinə yox, hökumətə qarşı yönəltmiş olurlar.

Baxmayaraq ki, prezident icra başçılarını dəyişir, kadr islahatları aparır, yerdəyişmələr edilərək əyalətlərdəki narazılığın “buxarını” çıxarır, lakin rayonlardan şikayətlər gəlməkdə davam edir, məmur özbaşınalığından gileylənən vətəndaşlar prezidentə müraciətlər yazırlar.

Dövlət başçısı dəfələrlə icra başçılarına xəbərdarlıq edib, xalqla işləməyi tapşırıb, bahalı məclislər təşkil edən, övladları özlərini apara bilməyən məmurlara mesajlar verib, əhalini incidən icra hakimlərini cəzalandırıb, işdən azad edib. Ancaq rayonlardan şikayətlər gəlməkdədir.

Bu gün hətta özünü icra başçısı olduğu rayonun hökmdarı kimi aparıb, sahibkarından tutmuş kəndlisinə qədər, bütün rayon əhalisinə öz təbəəsi kimi baxan məmurlar var.

Onların bu fəaliyyətləri nəticəsində əhali hakimiyyətdən narazı salınır, sahibkarlığın inkişafı əngəllənir, rayonların sosial-iqtisadi durumu pisləşir. Bütün bunlar isə icra hakimiyyəti başçıları arasında da təmizləmənin aparılması zərurətini yaradır.

Hətta bir qrup ictimai fəal prezident İlham Əliyevə müraciət etmişdilər ki, hakimiyyət xalqa güzəştə getsin, icra hakimiyyəti başçıları xalqla pis rəftarı dayandırsınlar.

Elmar Vəliyevin nalayiq davranışı haqqında çoxsaylı nəşrlərə və narahatlıq doğuran siqnallara baxmayaraq, bu məmurun vəzifədə qalmasının səbəbləri araşdırılmalıdır.

Təkcə Gəncədə deyil, bir çox digər şəhərlərdə və rayonlarda icra hakimiyyəti başçıları insanlarla pis davranır, Vəliyevdən fərqlənmirlər. Buna son qoyulmalıdır.

Gülay

REPORTYOR.info

 

Əvvəlki yazı

SABİQ KOMİTƏ SƏDRİ ƏRƏB İŞ ADAMINA 1,6 MİLYON “ATIB” – Qalmaqal + Fotolar

Sonrakı yazı

2023-cü ilin prezident seçkilərində Ərdoğanı məğlub edə biləcək namizəd:ƏKRƏM İMAMOĞLU YENİ MİLLİ LİDERƏ ÇEVRİLİR

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.