08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ölkədə sabitliyi pozmaq istəyirlər…” – MTN polkovniki

05 Avqust 2022, 13:17
Gündəm, Manşet
A A
“Ölkədə sabitliyi pozmaq istəyirlər…” – MTN polkovniki
Avqustun 4-də radikal dini qrupun üzvləri Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edib.
 
 
Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədib, binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.
Bu təxribatlar nəyə hesablanıb? Səfirlik binalarında təhlükəsizlik necə təmin olunur? Burada məsuliyyət kimlərin üzərindədir?
Məsələ ilə bağlı sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Bakupost.az -a açıqlama verib.
Polkovnik bildirib ki, dini radikal qruplaşmalar Azərbaycanın müstəqilliyini həzm edə bilmirlər:
“Azərbaycan səfirliyinə ilk dəfədir ki, hücum olur. Ermənistan bizim qatı düşmənimiz olsa da, ermənilər bu və ya digər ölkələrdə səfirliklərimiz qarşısında dinc aksiyalar keçiriblər. Amma heç vaxt belə hücum etməyiblər.Təsəvvür edin ki, Böyük Britaniyadakı səfirliyimizə hücum edənlər ermənilərdən də betər düşməndirlər. Dəfələrlə şahid olmuşuq ki, müstəqilliyimizi məhz bu cür radikal dindarların gözü götürmür. Hər vasitə ilə müstəqilliyimizə qarşı çıxırlar”.
İ. İsmayıl qeyd edib ki, Azərbaycan bayrağını təhqir edənlər ən amansız şəkildə cəzalanmaldır:
“Minlərlə igidimizin şəhid olduğu Azərbaycan bayrağını yerə atıblar. Onların hansısa tələbləri bundan sonra nəzərə alına bilərmi? Onların buradakı dostları kimlərdir? Bu adamlar Azərbaycan bayrağını yerə atanlarla dostluq edirlər. Ona görə onlar da ən qatı düşmənlərimizdir. Bunlara qarşı amansız olmalıyıq. Onların tutulmayan tərəfdarlarına qarşı daha sərt münasibət göstərməliyik. Bilməliyik ki, içimizdə sabitliyi pozaraq, xarici düşmənlərə – erməniyə, rusa, farsa şərait yaratmaq istəyənlər var. Kimdir o Şirazi? Azərbaycan bayrağının yanında onlar bir heçdir”.
Ekspert səfirlik binalarının təhlükəsizlik məsələsinə də diqqət çəkib:
“Böyük Britaniya Krallığı Vyana Konvensiyasına əsasən, bütün səfirliklərin təhlükəsizliyini təmin etməlidir. Amma görünür, etməyib. Videodan hiss olunur ki, polis işçiləri hadisəni müşahidə edirlər. Hətta onlardan bəzilərini buraxıblar. Bu, nə deməkdir? Onlar son nəfərinə qədər həbs olunub, cəzalanmalıdır. Hesab edirəm ki, bizim diplomatik nümayəndəliyimiz, yaxud XİN Böyük Britaniya Krallığına öz kəskin etirazını bildirəcək. Eyni zamanda səfirlikdə olan əməkdaşlarımızın da təhlükəsizlik məsələsi var. Daxildə təhlükəsizlik məsələsini qorumaq üzrə məsul şəxs olur. Ekstremal situasiyada hərəkət etmək lazımdır. Belə başa düşdüm ki, dini radikallara qarşı heç kim müqavimət göstərm’yib. Ən azından bizimkilər müqavimət göstərə, əlbəyaxa döyüşə girə bilərdilər. Əgər bizimkilərdən bir nəfər də orada olsaydı, müqavimət göstərməli idi. Məsələnin mahiyyəti budur ki, islam bayrağını alət edərək, Azərbaycanın müstəqil simvolu olan bayrağımıza xələl gətiriblər. Buna görə həm Londondakı, həm də ölkəmizdəki dini radikallar ağır cəzalandırılmalıdır”.
Əvvəlki yazı

Rusiya Əskipara kəndində daha bir blokpost qurur

Sonrakı yazı

“Azərlotereya”da QƏFİL YOXLAMA QƏRARI

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.