13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ölkə referenduma gedir? – Deputatlardan şərh

18 Sentyabr 2020, 12:55
Siyasət
A A
Ölkə referenduma gedir? – Deputatlardan şərh

Azərbaycanda Konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsini vacib hesab edənlər var. Bəzi siyasi ekspertlər seçki sisteminin dəyişdirilməsi, proporsional seçki sisteminin bərpası, Milli Məclisdə yerlərin 125-dən 150-ə qədər artırılması, icra hakimiyyətlərinin ləğv olunması, bələdiyyələrin statusunun artırılması kimi məsələlərin referenduma çıxarılmasının tərəfdarı kimi çıxış edirlər. Onlar hətta Azərbaycanın siyasi idarəçiliyilə bağlı dəyişikliyi- parlament respublikasına keçid etməyi vacib sayırlar. Bəzi iddialara görə, yaxın aylarda sadalanan məsələlərlə bağlı ictimai müzakirələrə başlana bilər. Maraqlıdır, bu islahatlara gedilə bilərmi və referendumun keçirilməsi nə dərəcədə aktualdır?

Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a deyib ki, Konstitusiya dəyişikliyi ilə bağlı kütləvi informasiya vasitələrində ara-sıra bəzi məlumatlar yayımlanır, sistemli deyil, pərakəndə şəkildə müzakirələr açılır: “Lakin düşünürəm ki, bunların hər biri gələcəkdə özünü aktual şəkildə göstərə bilər. İstər parlament respublikasına keçid, istər indiki majoritarla qarışıq sistemdən azad olunması, istərsə də, rayonların ləğv edilməsi, ola bilsin quberniya və vilayətlərin yaranması məsələsi də aktuallaşa bilər. Lakin indiki zaman kəsiyində bu qeyd etdiyiniz məsələlər aktual deyil. Rəsmi səviyyələrdə müzakirə olunmur.

Məndə bu məsələlərlə bağlı həm Milli Məclis, həm də icra strukturları səviyyəsində ciddi xarakter daşıyan müzakirələrin aparılması haqqında hər hansı məlumat yoxdur. Mən Milli Məclisin deputatıyam, bu məsələlərdə ciddi rol oynayan komitənin – Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvüyəm. Belə bir müzakirə olsa, bizim mütləq ki, xəbərimiz olar. Ola bilsin, bu, ayrı-ayrı müəlliflərin önə çəkdiyi məsələləri aktuallaşdırmaq, gündəmdə qalmaq, oxucu cəlb etmək istəyidir”.

Milli Məclisin komitə sədri Tahir Rzayev də ortaya atılan iddiaların gerçək olduğunu düşünmür: “Azərbaycanda Konstitusiya dəyişikliklərinin olması qaçılmaz haldır. Lakin indiki məqamda – müharibə şəraitində olduğumuz dövrdə bu məsələ gündəmdə deyil. Hansısa şəxslər tərəfindən təklif olunması da məlum deyil”.

Deputat Sabir Rüstəmxanlının məsələyə münasibəti belə olub: “Ölkədə sistem, cəmiyyət, seçki sistemi ehkam deyil. Ölkənin mənafeyi naminə seçki də keçirmək olar, referendum da – nə lazımdırsa, bunu etmək mümkündür. Amma indiki halda qaçaraq, referenduma ehtiyac var, yoxsa, yoxdur, bunu deyə bilmərəm. Hər halda, sadəcə iddiaların bəziləri sosial sifariş kimi, bəziləri cəmiyyətin istəyi, hakimiyyətin münasibətini yoxlamaq üçün deyilir və s. Hər bir halda cəmiyyətdə gedən müzakirələrə, fikir fərqliliyinə, müxtəlif düşüncələrin ortaya atılmasına heç vaxt qeyri-adi baxmıram. Əksinə, bu cəmiyyətdə fəallığı qüvvədə saxlayır və daimi yenilənməni həyata keçirir”.

Əvvəlki yazı

Prezident AAYDA-ya 10,05 milyon ayırdı

Sonrakı yazı

“Ramiz Mehdiyev təcili həbs edilsin!” – Hafiz Hacıyev

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.