18-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

OLİQARXLA HAKİM BİRLƏŞİB ŞƏHİD AİLƏSİNİN EVİNİ ƏLİNDƏN ALDI – Misli görünməmiş rəzalət

29 Mart 2019, 11:52
Seçmə, Banner
A A
OLİQARXLA HAKİM BİRLƏŞİB ŞƏHİD AİLƏSİNİN EVİNİ ƏLİNDƏN ALDI – Misli görünməmiş rəzalət

Bu günlərdə Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan oliqarx, tikinti maqnatı İsfəndiyar Axundovun iddiası əsasında 2016-cı ilin aprel müharibəsində xüsusi təyinatlıların canını vətənə qurban vermiş polkovnik-leytenantı Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqda qərar çıxarıb. Virtualaz.org xəbər verir ki, bu qərar sosial şəbəkələrdə və ictimaiyyətdə haqlı olaraq həm qərarı çıxaran hakimlərə, həm özünün tikinti maxinasiyaları və dələduzluqları ilə ad çıxarmış şərurlu oliqarxa qarşı hiddət yaradıb.

Məsələ belədir ki, bir neçə il əvvəl xüsusi təyinatlı zabitimiz Sənan Axundov “Kamran” MMC adlı tikinti şirkətinin Bakıda inşasına başladığı çoxmərtəbəli binadan 50 kvadaratmetrlik mənzil sahəsi alıb. Daha sonra tikinti yarımçıq qalıb, “Kamran” MMC-nin rəhbərliyi  barəsində dələduzluğa görə cinayət işi başlanılıb. Və 11 mərtəbəsi tikilmiş yarımçıq binanı “Şərurlu İsfəndiyar” alıb. Oliqarx daha  5 mərtəbə inşa edib və binadan mənzil alanlara şərt qoyub ki, onlar aldıqları mənzillərə görə yenidən əlavə vəsait ödəməli olacaqlar.

Şəhid polkovnik-leytenant

Zabit Sənan Axundov bu şərti qəbul etməyib, sağlığında məhkəmə iddiası qaldıraraq 50 kvadratmetrlik mənzil sahəsi üzərində mülkiyyət hüququnu tanıyan qərar çıxarılmasına nail olub. Lakin Sənan Axundov aprel döyüşlərində şəhid olanda “Şərurlu İsfəndiyar” fürsəti əldən verməyib və həmin mənzil sahəsini ələ keçirmək üçün şəhidin ailəsinə qarşı məhkəmə iddiası qaldırıb. Əlbətdə, xirtdəyinə qədər korrupsiyalaşmış hakimlər zəngin oliqarxın istədiyi qərarı çıxarıblar və mənzil sahəsi üzərində hüququn onun şirkətinə məxsus olduğunu tanıyıblar.

 

Məhkəmə çəkişməsinin davam etdiyi vaxtlarda şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə həmin mənzil sahəsində təmir-bərpa işləri aparıblar. Lakin oliqarxın  qoçuları hər şeyi alt-üst ediblər. Nəhayət Ali Məhkəmə də oliqarxın xeyrinə qərar çıxarıb. Beləliklə, şəhid zabitin sağlığında öz maaşından kəsib pulunu ödədiyi mənzil sahəsi onun ailəsinin əlindən alınır.

Bu məhkəmə çəkişməsində “Şərurlu İsfəndiyar”ın xeyrinə olan dəlillərin nə dərəcədə tutarlı olması bir yana, hiddət doğuran odur ki, illərdir şəhərin arxitekturasının korlanmasında, kortəbii tikintilərin baş alıb getməsində və hər cür tikinti dələduzluqlarında böyük xidmətləri olan, nəticədə nəhəng sərvət toplayan, özünün dediyi kimi cəmi 4 sinif bitirmiş bu qudurğan oliqarx canını vətən uğrunda qurban vermiş zabitin ailəsinə məhkəmələrin əli ilə divan tutmağa qalxıb.

 

“Google”də bu oliqarxın adını yazan kimi onun adının hallandığı dələduzluqlar, tikinti maxinasiyaları və digər qanunsuzluqlar barədə saysız-hesabsız şikayətlər qarşıya çıxır. Bu oliqarx həm də dəbdəbəli “Hollivud” şadlıq sarayının və çoxsaylı digər kommersiya daşınmaz əmlakın sahibidir. “Şərurlu İsfəndiyar”ın törəmələri də özü kimi cəmiyyətə açıq-aşkar hörmətsizlik, saymamazlıq nümayiş etdirmələri ilə tanınır. Onun oğlu vaxtaşırı olaraq sosial şəbəkələrdə özünün çoxsaylı superkarlardan ibarət maşın kolleksiyasını nümayiş etdirir, yaxud dollarla doldurulmuş hamam vannasında “üzür”.

Şərurlunun harın törəməsi

Şərurlu oliqarxın harın törəmələrinin kolleksiyasında yer alan avtomobillərin hamısının dövlət nömrə nişanı nəyə görəsə eynidir-10 LN 200.

Kolleksiyaya daxil olan avtomobillərin arasında qiyməti 650 min dolardan baha olan “Lamborghini Aventador”, 350 min dollar dəyəri olan “Ferrari 458 Speciale”, “Mercedes”, “Maseratti”, “Audi” kimi bir çox markaların lüks modellər yer alır.

Böyük ehtimalla bu qudurğan heç hərbi xidmətdə də olmayıb. Çünki onun cəmi 18 yaşı olanda şəhərdə “Lamborghini” ilə şütüyürdü və belələri ilə səngərdə qarşılaşmaq heç ağlabatan deyil. Şəhid zabitin ailəsinin əlindən 50 kvadratmetrlik mənzil sahəsini korrupsiyalaşmış hakimlərin vasitəsi ilə alan şərurlu oliqarxın bu harın övladını cəbhənin Murov, yaxud Ağdərə istiqamətinə xidmətə göndərsələr görəsən neçə gün dözə bilərdi?

Polkovnik-leytenant Axundov isə xüsusi təyinatlı kimi illərdir vətən yolunda hər cür məşəqqətə dözdü, nəhayət 2016-cı ilin aprelində düşmənin müdafiə xəttini darmadağın edərək şəhid oldu. Ona görə şəhid oldu ki, hansısa 4 sinif bitirmiş və harınlamış şərurlu oliqarx onun ailəsinə divan tutsun?

Şəhid zabit və ailəsi

 

Əlbətdə, ümid var ki, müvafiq orqanlar şəhid zabitin ailəsinə qarşı bu misli görünməmiş əclaflığın qarşısını hansısa yolla alacaqlar. “Şərurlu” üçün isə ən yaxşı tənbeh tədbiri bu olardı ki, onun Bakı küçələrində “Lamborghini” ilə şütüyən, günü gecə barlarında, eyş-işrətdə keçən törəməsi şəhid zabitin döyüşdüyü yerlərə hərbi xidmətə göndərilsin…

virtualaz.org

◀▶

Əvvəlki yazı

Yasamalın başçısı köçkünün obyektini uçurtdu: “Əziz Əzizov öz obyektinə dəymir…” – Video

Sonrakı yazı

Azərbaycanlılar ötən il videooyun bazarında 85 milyon dollar xərcləyiblər

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55
BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

18 Avqust 2025, 10:54
Şahdağ Milli Parkı geyim alır

Şahdağ Milli Parkı geyim alır

18 Avqust 2025, 10:53
Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.