Rəqqasə Oksana Rəsulova geyim tərzindən yazıb.
Axşam.az xəbər verir ki, sənətçi qapalı libaslara üstünlük verdiyini vurğulayıb.
Yeni fotolarını 1,1 milyonluq İnstaqram səhifəsində yerləşdirən Oksana “Sinəsi, geyimi ilə qapalı olan qadın daha cəlbedicidir” sözlərini yazıb.
Qeyd edək ki, Oksana ötən il ana olub. O, gizlicə ərə getdiyini açıqlayıb. Sənətçi ailə qurduqdan sonra daha qapalı libaslar geyinməyə başlayıb.

