12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“OĞLUM DA MƏNİM KİMİ…” – Abel Məhərrəmov danışdı

21 Noyabr 2018, 12:32
Seçmə
A A
“OĞLUM DA MƏNİM KİMİ…” – Abel Məhərrəmov danışdı

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov mətbuatda barəsində yazılanlara münasibət bildirib.

A.Məhərrəmov jurnalistlərə açıqlamasında deyib ki, yazılanlar həqiqəti əks etdirmir.

O qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur: “Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir və s. Bu, təbii qəbul olunmalıdır. Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam. Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları mənim Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmamı şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur. Bu, milləti geri çəkmək deməkdir. Allah Prezidentimizin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edirəm. 20 ilə yaxın idi ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışam. Bu müddətdə şərəflə, ləyaqətlə işləmişəm. Amma indi məsləhət oldu ki, bir qədər də istirahət edim”.

Sabiq rektor oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov barəsində yazılanlara da münasibət bildirib: “Oğlum da mənim kimi Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən adamdır. Sona qədər də belə olacaq”.

BİR HƏFTƏ VAXT VERİLİB

Ötən həftə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Abel Məhərrəmov hazırda Bakı ətrafındakı dəbdəbəli bağ evlərindən birində qalır.

Məlumata görə, Abel Məhərrəmova universitetdəki ucu-bucağı olmayan kabinetini boşaltmaq üçün 1 həftə vaxt verilib. O, BDU-ya rəhbərlik etdiyi dövrdə özünə iri kabinet düzəldib. Həmin kabinetdə xüsusi hazırlanmış istirahət və qonaqlar üçün otaqların olduğu deyilir.

Bildirilir ki, istirahət otağında Abel Məhərrəmovun çaxır kolleksiyası olan xüsusi ağacdan hazırlanmış mini bar da var. Həmin barın bahalı ağacdan olmaqla özəllikləri haqda belə iddialar var: – havanın temperaturunu 21 dərəcədən aşağı saxlayır, bu, çaxır saxlamaq üçün vacib şərtdir. Həmin bar kolleksiyadakı çaxırları qızdırıcıdan və ya günəş işığından qoruyur. Sabiq rektorun barında 100-ə yaxın əla növ şərabın saxlandığı və hər birinin çox bahalı olması deyilir. Belə barlarda temperaturu nizamlayıb, şərabları ən uyğun şəkildə illərlə qorumaq mümkündür. Abel Məhərrəmovun təkcə kabinetindəki kolleksiyasında saxladığı şərabların toplam qiymətinin 100 min manatı aşdığı iddia edilir. /”Report”, “Yeni Müsavat”

 

Əvvəlki yazı

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident- Təfərrüat+FOTOLAR

Sonrakı yazı

Baş Qərargah rəisi:”Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi əlaqləri strateji səviyyəyə çatıb”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.