21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Seçicisi ac, deputatı tox hökumət xalqdan qopmaqdadır – miskin mənzərə…

14 May 2018, 09:19
Cəmiyyət
A A
Oğlu adam öldürən başçı müavini villadan qaçqın daxmasına belə boylanır- Foto/Video

Ətalət dibə qədərdir. Hökumət xalqa miskin varlıq kimi baxır. Onun kölə və istismarçı resurs kimi xərclədiyi qullar hər addımda təhqir olunurlar;
evinin dövlət planı adı ilə yıxılıb oliqarx şirkətinə satılmasında, məmur qapılarında süründürülməsində, qəpik-quruş maaşının artırılmasında…
Anaxeber.Az yazır ki, dünya tarixində bənzəri olmayan neofeodal münasibətlər sistemi Azərbaycanda oturuşmaqdadır.
Hökumət xalqdan günbəgün qopmaqda, uzaqlaşmaqdadır.Belə mənzərə yaradılır ki, Azərbaycan hökumətinin bu xalqla heç bir yaxınlığı və əlaqəsi yoxdur.
Belə olmasaydı, onun məmurları yalnız öz sosial rifahını yaxşılaşdırmaq barədə düşünməzdilər.
Məsələn, götürək deputat maaşlarının artırılmasını, parlamentdə təmsil olunan siyasi partiyaların büdcədən ayrılan 100 min manatları mənimsəməsini və bunların fonunda xalqın qabağına atılan yolçu payını, dilənçi pulunu müqayisə edək:
Milli Məclisin sədrinin maaşı 220, onun 1-ci müavininin maaşı 212, müavinlərin maaşı 191, komitə sədrlərinin maaşı 180, sıravi deputatların maaşı isə 143 manat artıb.
Növbədənkənar seçki qərarı veriləndən sonra pensiyalar, eyni zamanda büdcə təşkilatlarında çalışanların maaşı isə cəmi 10 faiz artırılmışdı.
Deputatın əmək haqqı birdən-birə 143 manat artdığı halda, həkimin, müəllimin, dövlət qulluğunda çalışanların 8-10 manat maaşı niyə qalxmalıdır?
Təxmini hesablamalara görə, büdcə təşkilatlarında artımlar 7-50 manat civarında olub. Amma zavallı və çarəsiz millətin vəkilinin maaşı 10 dəfə artıq qalxıb.
Və bu ürəkbulandıran, ikrah doğuran miskin mənzərəyə baxanda insanı əti ürpəşir: axı qəzalı binanın nəmişli zirzəmisində illərdir övlad böyüdən qaçqının boynuyoğun, xalqın seçmədiyi, mandatı öz puluna alan bir biznesmen deputatdan nəyi əskikdir???
Doğurdanmı Xanhüseyn Kazımlının, Hadı Rəcəblinin, Rüfət Quliyevin, Nəriman Əliyevin, Mahir Aslanovun, Xanlar Fətiyevin, Novruz Aslanın, Mahir Abbaszadənin və onlarla belə deputatın maaşının artmasına ehtiyacı var idi?
Hökumət qərar verir, prezident sərəncam imzalayır, bəs deputatlar seçicisi ac-yalavac vəziyyətdə yaşadığı halda niyə bu artımı qəbul edir? Biznesi, mal-mülkü, obyektləri olan deputatlar xəcalət təri tökmürlərmi? – Yox!!!
Təsəvvür edin ki, pensiyaçının 140 manat təaqüd aldığı ölkədə spiker 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.
Anaxeber.Az sual edir: bəs, işıq, qaz, su pulunun bahalaşdığı, dərmanın “od qiymətinə” olduğu ölkədə pensiyaçı 140-150 manatla necə yaşaya bilər?
Məgər ömrünü bu dövlətə və ölkəyə xidmətlə keçirmiş təqaüdçü 1732 manat pensiya almağa haqq etmir?
Həkim, müəllim, neftçi, poçtalyon Adil Əliyevdən, Aqil Abbasdan, Aytən Mustafayevadan, Elmira Axundovadan, Ağacan Əbiyevdən, Hüseynbala Mirələmovdan, Araz Əlizadədən və s. mandatlılardan az maaş almağa niyə layiq olmalıdır?
Ona görə ki, müəllim işdən sonra daş daşımağa, soğan əkməyə, “yorğanını ayağına görə uzatmağa”, “az yeyin” məsləhətlərinə məhkum olmalıdır?
Kim bu haqqı verib ki, xalqla, insanların heysiyyatı ilə oynasınlar? Nə üçün vətəndaş ələ salınır, hörmət olunmur. Axı vətəndaşına hörmət qoymayan hökumətin dünyada heç bir hörməti olmur.
Almaniya, Yaponiya, İsrail, Finlandiya, Türkiyə, hətta ağız büzdüyünüz Gürcüstan vətəndaşına hörmət qoyur, pensiyaçını, müəllimi, hərbçini qiymətləndirir, bu zümrəni parlament tribunasında oturanlardan aşağı tutmur.
Azərbaycanda isə hökumət xalqa miskin varlıq kimi baxır. Ona kölə və istismarçı resurs kimi baxaraq, qul kimi öz mənafeyi uğrunda xərcləyərək hər addımda təhqir edir;
seçkidə səsinin oğurlanmasında (əslində bu hüququ əldən alınıb), evinin dövlət planı adı ilə yıxılıb oliqarx şirkətinə satılmasında, məmur qapılarında süründürülməsində, qəpik-quruş maaşının artırılmasında, deputata yüksək maaş yazılmasında…
Bununla güclü dövlət, sivil cəmiyyət, vətəndaşının məmuruna, hökumətinə güvənən ölkə qurmurlar. Bununla olsa-olsa Haitidəki qullar üsyanına aparan bir quldarlıq quruluşu qururlar.
Necə olur ki, fəaliyyətsizliyi ilə göz deşən, bir sədr, bir möhür- ştampdan ibarət partiyalar sədrinin deputatxanaya düşməsi ilə ildə 100 min manat büdcədən maliyyələşir?!
Onlar maliyyə hesabatları verirmi, verdikləri nə dərəcədə şəffafdır, həmin 11 partiya il ərzində hansı işləri görür??? – sadəcə talan və korrupsiya mexanizmidir.
Xalqı söymək, onu qıcıqlandıran çıxışlar etmək üçün həmin deputatların partiyalarına maliyyə ayrılır? İnsanları əsəbləşdirən açıqlamalar vermələri üçün maaşları artırlır?
Niyə və niyə, hansı fəaliyyətinə, vətənə, seçiciyə hansı xidmətinə görə millətin vəkilinin maaş qalxmalıdır?
Sadəcə, 1968-cı ildə Sarbonna tələbələrinin hərəkatındakı məşhur şüar yada düşür: Hər şey yaxşıdır, 2+2 daha 4 etmir…
Anaxeber.Az
Turan

Əvvəlki yazı

Oğlu adam öldürən başçı müavini villadan qaçqın daxmasına belə boylanır- Foto/Video

Sonrakı yazı

Paşinyan bu gün “Məhşər ayağı”na çəkilir – Kremlin Qarabağ şərti

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.