Gecə saatlarında rus ordusu Odessa şəhərinə raket zərbəsi endirib.
Reportyor.info xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
“Odessa. Gecə saatlarında obyektlərdən birinə raketlə hücum həyata keçirilib. Ölən və yaralılar barədə məlumat dəqiqləşdirilir”, – məlumatda bildirilib.
Eyni zamanda, Nikolayev şəhərinin meri Aleksandr Senkeviç də bildirib ki, rus qoşunları Nikolayevə bir neçə raket zərbəsi endirib:
“Dostlar, səhər saatlarından etibarən rus qoşunları şəhərə bir neçə raket hücumu həyata keçirdi. Əlavə məlumat toplayırıq”.