11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“O VAXT RAMİZ MEHDİYEVİN BAŞÇILIQ ETDİYİ QRUP…” – Baba Vəziroğlu

17 İyun 2022, 11:30
Siyasət
A A
“O VAXT RAMİZ MEHDİYEVİN BAŞÇILIQ ETDİYİ QRUP…” – Baba Vəziroğlu

Əməkdar incəsənət xadimi Rasim Balayevin sədrlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, şair Baba Vəziroğlu maraqlı iddia ilə çıxış edib. O deyib ki, kino ittifaqlarının parçalanmasında əsas rolu Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyev oynayıb.

“Hər şey gözümüzün qarşısında oldu. Hamımız bilirik ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı necə yarandı… Daha doğrusu, onu necə yaratdılar. Onlar deyirlər ki, biz yaratdıq. Amma o ittifaqı Ramiz Mehdiyevin başçılıq etdiyi bir qrup – Rüstəmi düşmən elan etmək, Prezidentin ətrafını zəiflətmək istəyən və bu gün ifşa olunub hərəsi bir dərədə gizlənən korrupsiyaçı, düşmənin lehinə işləyənlər yaratdı. Rüstəm müəllimin başçılıq etdiyi ittifaqı gözdən salmaq, dağıtmaq üçün… Qeydiyyata alınmadığına görə ”respublika” sözünü də əlavə etdilər. Beləcə, gözümüzün qabağında yaranan bir ittifaq oldu. Ona görə də heç kim onu yaratmaqla kinoya böyük xidmətlər göstərməsi adı ilə qürrələnməsin. 

Onu da deyim ki, çox vicdanlı kinematoqrafçılar, ölkə kinosu üçün böyük xidmətləri olan insanların heç biri Ramiz Mehdiyev dəstəsinin onlara göstərdiyi konfetə aldanmadı. Kinematoqrafçılar arasında vicdanlı, sədaqətli insanlar da var. Onların böyük əksəriyyəti Kinematoqrafçılar İttifaqının krizis dövrlərini şükranlıqla keçdilər. Bir gün gələr haqq-ədalət yerini tapar deyərək… Doğrudan da bir gün gəldi. Rüstəm müəllim ali səviyyədə dəvət olundu. Kinematoqrafçılar İttifaqı yenidən öz məcrasına qayıtdı. Bunu oradakı bir çoxları – vaxtilə onunla çörək kəsmiş, birlikdə kinoya xidmət etmiş, evində olan və nəhayət, dost sanılan bir çox xəyanətkar insanlar bunu həzm edə bilmədilər. Ona görə stəkanda tufan qoparmağa çalışdılar”, deyə Teleqraf.com-a müsahibəsində deyib.

B.Vəziroğlu deyib ki, sonradan süni şəkildə yaradılmış ittifaq çox yaşaya bilməz: “1963-cü ildə təməli qoyulmuş əzəli, əbədi Kinematoqrafçılar İttifaqı var və Azərbaycan kinematoqrafçılarının qaymağı orada cəm olub. Gec-tez o biriləri də məşhur filmdəki sözdən sitat gətirərək cavab verəcəm: səhv eləmisən, götür tüfəngi keç bizim tərəfə. Yəqin ki, onlar da bir gün səhv etdiklərini anlayacaqlar. Və ”çörəyə xəyanət”, “dosta xəyanət” damğasından qurtulmaq üçün haqq yoluna qayıdacaqlar”.

Xatırladaq ki, hazırda xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı 1963-cü il yanvarın 13-də yaradılıb. Rüstəm İbrahimbəyov 1981-ci ilin mayında təşkilatın idarə heyətinin birinci katibi, 2003-cü ilin yanvarından 2022-ci ilin martına qədər sədri vəzifəsində çalışıb. İttifaqın idarə heyətinin üzvləri aşağıdakılardır:

Xalq yazıçısı Anar, şair Baba Bəziroğlu, Həmidə Ömərova, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Cəmil Fərəcov, Qulu Məhərrəmli və digərləri.

Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il 21 iyunda təsis edilib. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev.

 

Qulu Məhərrəmli

 

“Kino ittifaqını iki yerə Ramiz Mehdiyev parçalayıb” ittihamına gəldikdə isə son vaxtlar bu barədə bir sıra tanınmışlar üstüörtülü də olsa fikirlər səsləndirirlər.

Belə ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Qulu Məhərrəmli “Yeni Müsavat”a ötən müsahibəsində kinematoqrafçılar ittifaqının fəal məmur müdaxiləsi ilə iki yerə parçalandığını demişdi: “Əsas ittifaq Rüstəm İbrahimbəyovun zamanında fəal məmur müdaxiləsi ilə iki yerə parçalandı. Hazırda Şəfiqə Məmmədovanın rəhbəri olduğu qurum Rüstəm İbrahimbəyova qarşı yaradılmışdı… ”

Əvvəlki yazı

ANAMA əməkdaşı minaya düşdü

Sonrakı yazı

BDU müəllimi hər tələbədən 5 min manat istəyir

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.