15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“O DEPUTATLARIN SƏDAQƏT PROBLEMİ VAR…” – Debatdan qaçan deputatlara sərt sözlər

24 May 2019, 15:30
Gündəm
A A
“O DEPUTATLARIN SƏDAQƏT PROBLEMİ VAR…” – Debatdan qaçan deputatlara sərt sözlər

Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzv və funksionerlərindən biri, SOCAR Həmkarlar İttifaqının sədr müavini və İqtisad Universitetinin müəllimi Sadiq Qurbanov hakim partiyanın bəzi deputatlarının müxalifət təmsilçilərilə debatdan boyun qaçırmasına sərt reaksiya verib.

“AzPolitika.info”-nun məlumatına görə, S.Qurbanov mövzuya dair feysbuk statusunda həmin deputatların cəsarət və sədaqəti məsələsini qoyub.

Xatırladaq ki, musavat.com saytının “Canlı debat” verilişinin aparıcısı Sevinc Telmaqızı 30-adək YAP-çı deputatın müxalifət nümayəndələri ilə debata çıxmaqdan imtina etdiyini açıqlayıb. Jurnalist feysbuk statusunda yazır: “Müəllifi və aparıcısı olduğum “Canlı debat” verilişinə dəvət etmək üçün əlimdə YAP-çı deputatlardan ibarət 30 nəfərlik siyahı var, içində də telefon nömrələri. Demək, insanları aldatmağa, yola verməyə, istismar etməyə öyrəşmiş bu zatların bir qismi jurnalistlə də o formada davrana biləcəyini zənn edir. Özlərini elə təqdim edirlər ki, sanki hamısının “vaxtı yoxdu”, “silsilə görüşlərdədilər”, rayondadır, bir sözlə, atom parçalayıb, dünyanı xilas edirlər. “Bu gün get, sabah gəl” yox ha, “bir-iki həftəyə zəng edərsiz” kimi sayğısız yola vermələr nümayiş etdirirlər.

Ən klassik gedişləri: ilk zəngdən sonra redaksiyanın və bəndənizin telefon nömrəsini bloka atırlar. Ən yaxşı halda məşğula, ya da iqnora qoyurlar. Cavab verəndə isə səslərinin ən aşağılayıcı tonu dövrəyə girir”.

debat

S.Telmanqızı daha sonar YAP rəhbərliyinə müraciətlə yazır: “Burdan YAP rəhbərliyinə, hökumətin piar mütəxəssislərinə səslənirəm: YAP-ın hesabına deputat olub, böyük-böyük imkanlar qazanan, dünyanın parasını, nüfuzunu, imtiyazını və s. əldə edən şəxslər hökuməti, onun mövqeyini bir qəzet tribunasından belə müdafiə etmir, edə bilmir və ya etmək istəmir. Əksər deputatlarınız sizə sadiq deyil, cənab iqtidar partiyası yetkililəri. Müxalifət nümayəndələrindən çəkinəcək qədər hazırlıqsız, videonun altında yazılacaq tənqidi rəylərdən qorxacaq qədər özlərinə inamsızdılar”.

S.Qurbanov “Cəsarət və sədaqət məsələsi” adlı statusunda Sevinc Telmanqızının yazdıqlarına belə münasibət bildirir: “Dəyərli dostlar və siyasi həmfikirlərim! Dünən sosial şəbəkədə “Yeni Müsavat” qəzetinin redaksiyasında “Canlı debat” verilişinin aparıcısı Sevinc Telmanqızının YAP-çı deputatların müxalifətlə debatlardan yayındığına dair statusunu oxudum və çox məyus oldum.

Xanım qeyd edir ki, 30-dan çox YAP-çı Milli Məclis üzvünü iqtidar siyasətini, hökumətin fəaliyyətini, mövqeyini müdafiə etmək üçün studiyaya dəvət etsə də, onlar müxtəlif bəhanələrlə, bəzən hətta onun nömrəsini bloka atmaqla bu dəvətdən boyun qaçırıblar. Məhz YAP-ın dəstəyi hesabına mandat almış bu şəxslər hökuməti, onun mövqeyini bir qəzet tribunasında belə müdafiə etmir, edə bilmir və ya etmək istəmirlər. Belədə, sual yaranır: NƏ ÜÇÜN?

Nəyə görə bizim bəzi deputatlarımız heç bir sosial dayağı olmayan, yalnız mətbuat vasitəsi ilə mövcudluğunu sürdürən, illərdir uğursuzluq ardınca uğursuzluq yaşayan müxalifətçilərlə debatdan yayınırlar və bununla da istər-istəməz ictimai rəydə belə bir fikrin formalaşmasına rəvac verirlər ki, guya iqtidarı müdafiə etmək çətindir? Həqiqətənmi bəzi iqtidar deputatlarının ehtiyatında iqtidarı müdafiə etmək üçün arqumentləri yoxdur?

sadiq

Düşünürəm ki, guya debatlarda iqtidarı müdafiə etməyin çətin olduğu haqda yaradılmağa çalışılan fikrin zərrə qədər də əsası yoxdur. Azərbaycan Prezidentinin və Birinci Xanımın Azərbaycan naminə həyata keçirdikləri misilsiz fəaliyyəti təqdir edən, onların siyasətini müdafiə edən və bunun ifadəsi olaraq YAP üzvlüyünü seçən, onun xəttilə, onun dəstəyilə parlamentə düşən, müəyyən imtiyazlar qazanan insanların ARQUMENT sarıdan heç bir problemi ola bilməz, olmamalıdır!

Bir problem varsa, bu da partiyamızı təmsil edən və bu gün müxalifətlə debatdan yayınan bəzi deputatların şəxsi hazırlığı, cəsarəti və sədaqəti məsələsidir…”

Əlavə etmək yerinə düşər ki, parlamentin əksər üzvlərinin siyasi hazırlığı yox dərəcəsindədir. Onların bir çoxu, xüsusən də sonuncu çağırışda Milli Məclisə düşənlərin əksəriyyəti bu 4 il müddətində bircə dəfə də olsun plenar iclaslarda çıxış etməyib, mətbuatla canlı ünsiyyətdə olmayıblar. Bu baxımdan, onların müxalifətlə debatlardan yayınmaları başadüşüləndir – bu, biabırçılıqdan qaçmağın ən optimal yoludur.

Bəzi məlumatlara görə, bu vəziyyət siyasi hakimiyyəti də ciddi narahat edir, bu səbəbdən gələn ilki seçkidən sonra parlamentin tərkibinin ciddi dəyişikliyə məruz qalacağı gözlənilir.

Rasim ƏLİYEV
AzPolitika.info

Əvvəlki yazı

“BU MEHRİBAN SADIQOVANIN “MAVİ” ARZULARIDIR” – Fuad Abbasovla müsahibə

Sonrakı yazı

Qazaxda oxla öldürülmüş 5 insanın sümükləri tapılıb

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.