05-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“O çağırışı edənlərin biri qorxusundan ayağını Bakıya qoymayacaq” – MÜSAHİBƏ

28 İyul 2019, 19:49
Cəmiyyət
A A
“O çağırışı edənlərin biri qorxusundan ayağını Bakıya qoymayacaq” – MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Lent.az -a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Deputatlar artıq məzuniyyətdədilər, necə istirahət edirsiniz?

– Həmişəki kimi iş başındayam. Ola bilsin avqust ayı 7-8 gün işdən aralanım, amma qalan vaxtlarda işdəyəm.

– Payız aylarından gözləntiləriniz nədir? Sizcə, siyasi fəallıq necə olacaq?

– Dekabr ayında bələdiyyə seçkiləri olduğu üçün oktyabr-noyabr aylarında siyasi fəallıq artacaq.

– Bəziləri sosial şəbəkələrdə payızda siyasi vəziyyətin gərginləşəcəyini söyləyirlər. Belə çağırışlar cəmiyyət üçün nə dərəcədə təhlükəlidir?

– Belə çağırışarı ciddi və nüfuzlu siyasətçilər etsəydi, bu barədə danışmağa dəyərdi. Bunu edənlərin kimliyini araşdırsanız, görəcəksiniz ki, onların mütləq əksəriyyəti, ya Bakıdakı mafioz qrupların verdiyi 3-5 manata görə söyüş söyürlər, ya da ermənipərəst dairələrin agentidirlər. Təəssüf ki, bəzi aldadılmış, dəyişiklik istəyən gənclər də əsl həqiqətləri bilmədən elə insanlara qoşulub. Amma onlar zaman-zaman tapşırıqla, yaxud pullarını alıb müxtəlif bəhanələrlə aradan çıxan həmin siyasi dələduzları gördükcə daha soyuq başla məsələlərə yanaşmağa başlayacaqlar. Mən həmişə demişəm, bizim xalqımız siyasi baxımdan arzuladığımız səviyyədə inkişaf etməyib. Amma o səviyyədə də geri qalmayıb ki, ağızlarından çirkab tökülən, psixi qüsurlu bu canlıların (insan deməyə adamın dili gəlmir) çağırışı ilə nəsə edə. O çağırışı edənlərin biri qorxusundan ayağını Bakıya qoymayacaq. Payıza çox az vaxt qalıb, inşallah, o zaman bu söhbətə qayıdarıq.

– Qüdrət bəy bir məsələyə aydınlıq gətirmənizi istəyirəm. Əli Kərimli tələbə olarkən həqiqətənmi Qarabağa döyüşməyə gedib?

– Yəqin, onun mənim dostlarımla əlində ov tüfəngi çəkdirdiyi şəkil çoxları kimi Sizi də çaşdırıb. O nəinki döyüşməyib, heç əlindəki silahla boş butulkaya da atəş açmayıb. Həmin vaxt biz BDU-da qərara aldıq ki, tələbələr Laçına özünü müdafiə dəstələrinə köməyə getsin. Həmin vaxt ciddi döyüşlər getmirdi, sadəcə kəndin kənarında müşahidə postlarında dayanmalı idik. Universitet rəhbərliyinin də təşkilatçılığı ilə iki qrup yaradılması barədə qərar qəbul olundu. Çox dərs buraxılmaması üçün qruplar növbə ilə bir-birini əvəz etməli idi. Birinci qrup gedəndən bir müddət sonra Əli Kərimli komsomol təşkilat katibi kimi rektor tərəfindən onlara baş çəkmək üçün göndərildi və o da gedib həmin şəkili çəkdirib qayıtdı. O həmişə deyəndə ki, mən vuruşmağa getmişdim, mən dəhşətə gəlirəm.100-dən artıq adamın bildiyi bir hadisə haqqında utanmadan necə ağ yalan danışmaq olar?!

– Siz həmin dəstənin tərkibində idinizmi?

– Yox, o vaxt biz Bakıda yerləşən universitetlərin tələbələrini əhatə edən Şimali Azərbaycan Azad Tələbə İttifaqının yaradılması üçün qurultay keçirmək ərəfəsində idik. Təşkilat Komitəsində əldə olunan ilkin razılığa əsasən, sədrliyə mənim namizədliyim irəli sürüləcəkdi və təşkilati işlərlə daha çox mən məşğul idim. Ona görə də mən ikinci qrupun tərkibində getməli idim. Amma sonra tələbələrin gedişi qadağan olundu.

– Sədr seçildinizmi?

– Bəli, Bakı Dövlət Universitetinin 8 saylı yataqxanasının iclas salonunda keçirilən qurultayda mən sədr, Konservatoriyanın tələbəsi Rüstəm Əliyev isə katib seçildi.

Əvvəlki yazı

Azərbaycan üçün yük vaqonları istehsal edilə bilər –Sivasda

Sonrakı yazı

İran və “beşlik” ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək –Yaxın tarixdə

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46
Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

04 Avqust 2025, 11:41
İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

04 Avqust 2025, 11:27
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

04 Avqust 2025, 11:15
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

04 Avqust 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

04 Avqust 2025, 10:57

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.