18-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“O biri generalları da həbs edəcəklər. Bu, nə nazirlikdir?” – Millət vəkili

06 May 2021, 13:04
Siyasət
A A
“O biri generalları da həbs edəcəklər. Bu, nə nazirlikdir?” – Millət vəkili

44 günlük Vətən müharibəsi artıq 6 aydır ki, Azərbaycan Ordusunun zəfəri ilə başa çatıb. Səməd Vurğunun da dediyi kimi,  “Nə gözəldir igid olmaq, mərd yaşamaq bu dünyada”. Gözəgörünməz qəhrəmanlarımız hesabına 27 illik torpaq həsrəti bitəndə xalqımız bu misralar, nəhayət, həqiqətə çevrildiyi üçün sevinirdi. 

Lakin məlumdur ki, qalibiyyətin qüruru olduğu kimi, ona gedən yolda yaranan ağrılar da var. Əsrlər boyu aparılan heç bir müharibədə tam mənəvi qələbə çalınmayıb, bizdə də belə oldu. Çünki azadlıq toxumunu şəhidlərimiz öz qanları hesabına əkdilər. Bununla yanaşı ötən dövr müharibə iştirakcıları ciddi psixoloji problemlər ortaya çıxdı. Bu porblemlərin həlli istiqamətində operativ tədbirlərin yetərsiz olması bəzi problemlərə səbəb olur. Məsələn, ötən gün Vətən Müharibəsi iştirakçısı olan xüsusi təyinatımızın intiharı da bu qəbildəndir.

Maraqlıdır, müharibədən qayıtmış hərbçilər üçün dövlət tərəfindən ödənişsiz psixoloji yardım mövcuddurmu? Əgər mövcuddursa, prosesin belə ləng getmə səbəbi nədir?

REPORTYOR.info xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”-a açıqlama verən Milli Məcis deputatı Aqil Abbas belə bir tədbir həyata keçirildiyini, lakin hansı səviyyədə tətbiq olunması barədə məlumatının olmadığını vurğulayıb:

“Düzdür, mən Müdafiə Nazirliyi barədə sərt danışmışam və onları hospitalla bağlı tənqid etmişəm. Amma məsələ budur ki, bütün dünyada müharibə sindromu deyilən bir şey var. Qan, ölüm görmək insana psixoloji təsir edir. Sadəcə olaraq belə halların vaxtında qarşısı alınmalıdır. Adicə futbolumuzun nə üçün it günündə olduğunu bilirsiniz?! Çünki futbolçu, ümumiyyətlə, bütün idmançılar oyuna girəndə psixoloq onları ruhlandırmaq üçün psixoloji söhbət etməlidir, həmçinin oyun başa çatanda onlar əsəbi ola bilər, psixoloq oyundan sonra da onlarla danışmalıdır. Yoxsa futbol bitən kimi evlərinə gedə bilməzlər. İndi görün müharibə nə deməkdir?!  Əsgərin yanında dostu, silahdaşı ölür, onun orqanları çölə tökülür, parça-parça olur. Bunları görən əsgər dəhşətli travma alır. Adi biz baxanda əzab çəkirik, görün, indi onlar nə yaşayır?! Ona görə müharibədən sonra mütləq psixoloji dəstək göstərilməlidir”.

Millət vəkili diqqətə çatdırıb ki, Müdafiə Nazirliyi müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərməlidir:

“Onların hospitalları, poliklinikaları var. Bu barədə mən parlamentdə də əsəbi şəkildə  çıxış elədim. Ondan sonra Müdafiə Nazirliyi trolları ortaya töküb mənə söyüş söydürür. Trol e, trol saxlayırlar. Hamısı çıxışımın altına tökülüşdü, heç bilmirdilər mən nə demişəm, amma başlayıb , “Hospital, Müdafiə Nazirliyi gözəl işləyir”,-deyirdilər. Müdafiə Nazirliyinin 6 ayda 6 generalını təxris ediblər. Hələ birini də həbs ediblər, elə o biriləri də həbs edəcəklər. Bu, nə nazirlikdir? 

Mən demişəm ki, Müdafiə Nazirliyinin əleyhinə bir də danışmayacam. Səbəbini də yazmışam, qəzetdə bununla bağlı böyük material dərc olunub. Yəni əslində, danışa bilərəm, niyə danışmıram?  Sadəcə olaraq dedim ki, daha işləri ilə məşğul olsunlar da. Gedib insanların problemlərini həll etsinlər. Mənim stolumun üstündə bu dəqiqə bir sənəd var. Adam əlildir, 6 aydır otura bilmir, ya uzanır, ya ayaqüstə durur. Amma hələ də ordudan tərxis etməyiblər. Bədəni nə günə düşüb. Bir igid oğlandır, qapıdan keçməz. Mən əyləş deyəndə, “Müəllim, mən əyləşə bilmirəm”,-dedi. Amma o hələ tərxis olunmadığı üçün əlillik dərəcəsi də ala bilməyib”.

Həmsöhbətimiz hər kəsin öz işinə vicdanla yanaşmalı olduğunu qeyd edib:

“Guya mən həkimlərin əleyhinə danışmışam. Halbuki həkimlər haqqında pis heç nə deməmişəm, həkimlər xəstəni xilas etmək üçün gecə-gündüz çalışırlar, həkimlə idarəni qarışdırmaq olmaz. Mən idarəni tənqid eləmişəm. Hospitalın fəaliyyəti başqa şeydir, həkimlərin fəaliyyəti başqa… Çıxışıma fərqli don geyindirdilər. “Həkimlərimizi təhqir edir, həkimlərimiz özünü öldürür”,-dedilər.  Həkimlər özlərini öldürürlər e, sən – idarə özünü öldürmürsən”.

Əvvəlki yazı

Poliomielit əleyhinə vaksin COVID-19-dan qoruyur? – Mütəxəssis rəyi

Sonrakı yazı

Prezidentdən yeni təyinatlar

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.