Ötən il ABŞ-ın Nyu-York şəhərindəki Sotheby’s Hərrac Evində Dubayda yerləşən mədən şirkəti Fura tərəfindən Mozambikdə idarə olunan mədəndə tapılan 55,22 karatlıq yaqut 21 milyon dollar başlanğıc qiymətə satışa çıxarılıb.
İndiyə qədər hərraca çıxarılan ən böyük yaqut, “Estrela de Fura” (Furanın Ulduzu) adlı qiymətli daş rekord qiymətə 34,8 milyon dollara satıldı. Beləliklə, Fura Ulduzu indiyə qədər hərracda satılan ən qiymətli yaqut oldu. Hərrac evi yaqutu “həyatda bir dəfə də olsun qiymətli daş” kimi təsvir edib.
Hərraca damğasını vuran digər ləl-cəvahirat Botsvanadakı mədəndən çıxarılan “Əbədi çəhrayı” almazı olub. “Hərraca çıxarılan ən canlı bənövşəyi-çəhrayı almaz” olaraq xarakterizə edilən 10,57 karatlıq daş-qaş öz rəngində rekord qiymətə – 34,8 milyon dollara satılıb.
class=”medianet-inline-adv”>
Digər tərəfdən, 2017-ci ildə Honq-Konqda keçirilən hərracda 71,2 milyon dollara satılan 59,6 karatlıq “Çəhrayı Ulduz” indiyə qədər satılan “ən bahalı çəhrayı almaz” kimi tanınır.