Bu gündən etibarən 19 martadək K ənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Novruz bayramı ilə əlaqədar “Kənddən şəhərə” yarmarkaları təşkil olunacaq.
Reportyor.info “Kənddən Şəhərə” Novruz yarmarkasında olan bəzi məhsulların qiymətlərini təqdim edir:
– Qoz 2.90 manatdan;
– Fındıq 2.90 manatdan;
– Şabalıd 4.00 manatdan;
– Qoz ləpəsi 8.00 manatdan;
– Fındıq ləpəsi 13.00 manatdan;
– Səməni 1.00 manatdan;
– Kartof 0.45 manatdan;
– Soğan 0.70 manatdan;
– Mandarin 2.00 manatdan;
– Portağal 1.70 manatdan;
– Alma 0.40 manatdan;
– Armud 1.40 manatdan;
– Xurma 0.50 manatdan;
– Pomidor 1.20 manatdan;
– Kələm 0.35 manatdan;
– Kök 0.50 manatdan;
– Göbələk 2.00 manatdan;
– Göyərti 0.10 manatdan;
– Kənd çolpası 3.50 manatdan;
– Mal əti 9.50 manat;
– Quzu əti 12.50 manat.
Qeyd edək ki, “Kənddən şəhərə” Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:
– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı);
– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı);
– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.
Discussion about this post