Azərbaycanın Baş naziri Novruz Məmmədov istefa verəcək.
Reportyor.info xəbər verir ki, oktyabrın 8-də N. Məmmədov bununla bağlı istefa ərizəsi yazaraq tutduğu postu tərk edəcək. Onun yerinə isə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təyin olunacaq.
Xatırladaq ki, Novruz Məmmədov 2018-ci il aprel ayından Baş Nazirdir. Milli Məclisin bu gün saat 12:00-da keçiriləcək iclasında “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə ediləcək.