“Vətən müharibəsi dövründə Salavyovun qarşısına çıxmağa jurnalist tapa bilmədik”.
Reportyor.info-nun xəbərinə görə, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) tərəfindən hazırlanan “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova bildirib.
N. Cəfərova deyib ki, Azərbaycanda QHT-lərin xaricdən maliyyələşməsinin və beləliklə də xaricdə tədbirlərə qatılmasının qarşısı alınıb: “Bizim bəzi QHT rəhbərləri xarici donorlardan əldə etdikləri pula ev, kostyum alırlar, dövlətə qarşı fəaliyyət aparmırlar. Heydər Əliyevin dönəmində Azərbaycanda bir sıra xarici donorlar vardı, onlarla da işlənirdi. Onlar sonra ölkədən çıxarıldı. Bu xarici donorlarla işləmək, onların imkanlarından Azərbaycanın maraqları üçün istifadə etmək lazım idi. QHT-lərə imkan verin, xarici donorlarla işləsin”.