Norveç Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiyanın Oslodakı səfirliyindəki 15 əməkdaşın “diplomatik status” adı altında fəaliyyət göstərən kəşfiyyatçı olduğu, buna görə də persona non-qrata elan edildiyi açıqlanıb. Bildirilib ki, bu qərar “Rusiyadan gələn kəşfiyyat təhlükəsinin artmasına səbəb olan Avropada dəyişən təhlükəsizlik vəziyyəti”nə cavab olaraq qəbul edilib.
“UKRAYNANI İŞĞALINDAN SONRA ARTIB”
Norveçin xarici işlər naziri Anniken Huitfeldt keçirdiyi mətbuat konfransında “15 kəşfiyyatçı diplomatik statuslarına uyğun gəlməyən fəaliyyətlə məşğuldur. Onların fəaliyyəti Norveç üçün təhlükə yaradır. Onlar Ukraynanın işğalından sonra artıb”, – deyə o bildirib.
class=”medianet-inline-adv”>
Huitfeldt qeyd edib ki, sözügedən səfirlik əməkdaşlarına qısa müddətdə ölkəni tərk etmələri barədə göstəriş verilib. Huitfeldt həmçinin bildirib ki, Norveç Rusiya ilə normal diplomatik münasibətlər saxlamaq istəyir, rus diplomatları Norveçdə xoş qarşılanır.
NATO üzvü Norveç Arktikada Rusiya ilə həmsərhəddir.
Rusiyadan cavab mesajı
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Moskva rəhbərliyinin Norveçin deportasiya hərəkətinə cavab verəcəyi açıqlanıb.