10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

NİZAMİ RAYONUNDA DAHA BİR YAŞILLIQ MƏHV EDİLİB – Yerində milyonluq obyekt tikilir/ FOTOLAR

16 İyul 2018, 00:01
Manşet
A A
NİZAMİ RAYONUNDA DAHA BİR YAŞILLIQ MƏHV EDİLİB – Yerində milyonluq obyekt tikilir/ FOTOLAR
Bakıda yaşılıqların kütləvi şəkildə məhv edilərək, yerində binaların, ticarət obyektlərinin tikildiyi rayonlardan biri də Nizami rayonudur. Son illər bu rayonda həyətlərdə, yol kənarlarında ağacların qırılaraq heç bir memarlıq meyarına uyğun gəlməyən ticarət və iaşə obyektlərinin tikintisi daha da geniş vüsət alıb.
Ancaq bu qədər yazılmasına, şikayətə baxmayaraq Nizami rayonunda yaşıllıqların məhv edilərək, yerində obyekt və binaların tikintisi davam etdirilir.
BakuPost xəbər verir ki, bu haqda rayon sakinlərindən daxil olan şikayətdə bildirilir. Sakinlər yaşadıqları binanın önündəki – Qara Qarayev prospektində, “Laçın” Ticarət Mərkəzi ilə “8-ci km” bazarı  arasında yolun kənarında yerləşən ərazidəki yaşıllığın bir hissəsinin məhv edilməsindən şikayətlənirlər.
Şikayətçilər bildirirlər ki, həyətlərinin önündəki yaşıllığı bir gecədə məhv edərək, yerində ticarət obyektinin tikintisinə başlayıblar: “Yaşıllığı bir gecədə elə ildırım sürətilə məhv etdilər ki, biz özümüz də gözlərimizə inana bilmədik. Həmin ərazini dərhal da sementləyib, daş düzdülər ki, burada əvvəllər yaşıllığın, ağacların olduğu bilinməsin.  Ətrafda  hər yer bina, ticarət və iaşə obyektləridir. Kiçik bir ərazidə yaşıllıq qalmışdı. Onun da böyük hissəsini məhv edib, hasara alıblar. Həmin yerdəki dayanacağı belə hasarın içərisinə qataraq, ləğv etdilər. İnsanlar indi avtobuslara minmək üçün dayanacaq tapa bilmirlər. Ətraf binalarda yaşayan insanlar isə həm də təmiz havaya həsrət qalıblar.  Həyətimizdəki yaşıllığı uşaqlarımızın oynayacağı, istilərdə əhalinin dincələ biləcəyi parklara çevirmək əvəzinə, məhv edərək yerində obyektlər tikirlər. Bu qanunsuzluğun arxasında kimlər dayanır? Camaat şikayətini kimə desin?
Xahiş edirik bizim səsimizi Prezidentə, müafiq orqanlara çatdırın. Gəlib tədbir görsünlər, bu tikintini dayandırıb, yaşıllğı bərpa etdirsinlər.”
Sakinlər ərazidən çəkilən şəkilləri də göndəriblər. Şəkillərdən belə məlum olur ki, ərazidəki yaşıllığın böyük hissəsində ağaclar məhv edilərək, yerində böyük bir obyektin tikintisinə hazırlıq gedir. Bu ərazidə tikilən obyektlərin dəyəri isə milyonlarla dollarla ölçülür.






Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl müşavirə keçirərək bildirmişdi ki, bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır – nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına: “Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox… Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk”.

Onu da bildirək ki, bundan əvvəl də Prezident icra hakimiyyətlərini, müafiq dövlət orqanlarını həyətlərdə yaşıllıqları məhv edərək binalar, obyektlər tikilməsinə şərait yaratdığına görə tənqid edib. “Mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.
Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir” – deyə Prezident bildirmişdi.
Əvvəlki yazı

Rəşad Böyükkişiyev nədən öldürüldü DİN -açıqladı

Sonrakı yazı

Ermənistan Azərbaycana əsir düşən kəşfiyyatçının kimliyi barədə məlumat yaydı

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.