05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nizami Gəncəvi harada anadan olub?

16 Yanvar 2021, 23:21
Araşdırma
A A
Nizami Gəncəvi harada anadan olub?

Zaur Əliyev, dosent
Dünya şöhrətli Nizami Gəncəvinin harada anadan olması barədə bir çox müzakirələr aparılır. Dünya elminə və poeziyasına əvəzolunmaz töhfələr verən Nizami Gəncəvinin guya Qaxın Qum, İran alimlərinin iddiasına görə isə İranın Qum şəhərində anadan olması barədə fikirlər səslənir.
Bunu iddia edənlər də Hacı Lütf Əli bəy “Ataşkadah” bioqrafik əsərinə istinad edirlər. Nizami Gəncəvinin Qum şəhərində anadan olmasını iddia edən Hacı Lütf Əli bəy “İsgəndərnamə” əsərinin ikinci hissəsi olan “İqbalnamədə” şairin
Gəncə dənizində olsam da pünhan,
Yerim Qum şəhridir, yurdum Qohestan.
Təfrişdə Ta adlı bir kənd dayanıb,
Nizami ad-sanı ordan qazanıb! – misrasını əlində əsas tutaraq dahi şairin Gəncədə anadan olmamasını yazır.
Bundan sonra da bu informasiyadan çıxış edərək XVIII əsrdən başlayaraq dünya şərqşünaslığı ilə yaxşı tanış olan insanlar İranı Nizaminin vətəni hesab etməyə başladılar. Lakin kimsə bu misranın orjinalını və doğurdanmı Nizami Gəncəvinin əsərində belə bir sitatın olmasının ardınca düşmədən onu fars və İran şairi hesab etməyə başlayıblar.
Birincisi, coğrafiyaya nəzər salsaq görərik ki, İran ərazisində Qohestan deyilən bir yer yoxdur. İkincisi isə Qum Nizami Gəncəvinin şəhər adlandırdığı kriteriyalara uyğun gəlmir. O zaman Qum balaca bir kənd idi və onun böyük şəhər olması mümkün deyildi. Qaxın Qum kəndi də o illərdə elə böyük bir yer deyildi və şəhər kimi onun barəsində heç bir məlumat yoxdur. Bunun üçün alim olmaq lazım deyil, eləcə coğrafi yerlər haqqında google.az-da axtarış aparmaq kifayət edər ki, məlumat əldə edə biləsiniz.
Uzun illər Nizami Gəncəvinin İran şairi olması bir çox şərqşünas alimlərin əsərində qeyd edilməyə başladı. Bu alimlər ən etibarlı mənbə olan Nizaminin orta əsr bioqraflarının hamısı, xüsusilə Aufi Sədidəddin (XIII əsr), Dövlətşah Səmərqəndi (XV əsr) və s.) şairin doğulduğu şəhər kimi, onun bütün ömrü boyu yaşadığı və vəfat etdiyi Gəncə şəhərində anadan olub fikirlərini görməzdən gəldilər. Bu anlaşımazlıq uzun zaman çəkəcək idi ki, XX əsrin birinci yarısında məşhur rus şərqşünası akademik Y.E.Bertels mövzunu araşdırmaq qərarına gəlməsəydi. Məhz o, Nizami Gəncəvinin bütün əsərlərini, xüsusilə “İsgəndərnamə” əsərini ciddi-ciddi tədqiq edib, sübut etdi ki, Hacı Lütf Əli bəyin iddia etdiyi kimi yuxarıda qeyd etdiyim “Qum şəhərindəm adlı” sətirlər Nizaminin həmin əsərinin digər əlyazmalarda, o cümlədən erkən köçürülən versiyalarında yoxdur, yəni bu sətirlər şairin “İskəndərnamə” əsərinə ideoloji motivlərdən irəli gələrək təəssübkeş İran mirzələri tərəfindən əlavə olunub və açıq-aşkar saxtalaşdırmadır.
Akademik öz tədqiqat əsərində yazır: “Nizaminin ən qədim əlyazmalarında, 763-cü (1360-cı il) il tarixli hicriyə aid Parisdəki Milli Kitabxanda olan əlyazmalarında bu sətir də yoxdur”.
Onun ardınca akademik Y.Kraçkovski, akademik A.E.Krımski, Azərbaycan alimləri H.Arazlı, C.Heyət, R.Əliyev və başqaları “İsgəndərnamə” əsərinin orjinallarını tədqiq edərək dahi şairin Azərbaycanın Gəncə şəhərində anadan olmasını sübut etdilər. Lakin həmin illər sovet elmi dünya miqyasına tam çıxmamışdı və II Dünya müharibəsinin başlaması, Qərb alimlərinin akademik Y.E.Bertelsin əsərlərinə çıxışı olmaması bu sübutun onlara çatmamasına səbəb yaratdığı üçün onlar Nizamini İran şairi kimi qələmə verməkdə davam etdilər. Lakin elmdə vicdanlı alimlər də var, İranda Nizami Gəncəvinin əsərlərinin üzünü köçürən zaman qəsdən saxtakarlıq edən və onun İranda anadan olmasını “təsdiqləyən” şəxslərdən fərqli olaraq əsl elmi tədqiqat aparan İran ədəbiyyatşünaslarından V.Dəstgerdi haqlı olaraq Nizaminin Qumda anadan olmadığını, “İsgəndərnamə” əsərinin üzünün köçürülməsi zamanı Qumda anadan olması barədə fikirlərin sonradan mirzələr tərəfindən salındığını iddia edir. Nizaminin ilk tədqiqatçısı V.Dəstgerdi göstərir ki, şairin əvvəlki nüsxələrində Qumla əlaqəli beyt olmayıb.
Nizaminin Qaxın Qum şəhəri ilə bağlı versiyalara gəldikdə isə şairin yubileyi ərəfəsində görkəmli şərqşünaslar R.Əliyev və A.Sarovlu Azərbaycan höküməti tərəfindən Qax rayonu Qum kəndinə məsələyə aydınlıq gətirmək üçün ezam olunurlar. Qayıdıb gəldikdən sonra onlardan hesabat tələb edəndə cavab bu olub ki, Qum kəndi kiçik bir kənddir və guya Nizaminin “Qum şəhərində” anadan olması barədə “böyük şəhər Qum” bura ola bilməz.
Nizami Gəncəvi özü “Sirlər xəzinəsi” dastanının 179-cu səhifəsində konkret anadan olduğu yeri qeyd edir: “Mən Gəncədəyəm, indi İraq məndən uzaqdadır”
“Qum şəhəri Qəhrestanı” məhəlləsinə gəldikdə isə bu onun əsərlərinin sürətini köçürən şəxslərin artırmalarıdır. Çünki, Nizami əsərlərinin ojrinal nüsxələrndə belə bir şey yoxdur. Konkret olaraq qeyd edək ki, Nizami əsərlərinin XVI əsrdə və sonralar köçürülmüş nüsxələrində “İsgəndərnamə”nin “İqbalnamə” hissəsinin bir yerində şair Gəncədən danışan zaman fikir yarımçıq kəsilərək Qumla bağlı dörd misra qəsdən artırılıb.
Əvvəlki yazı

Ərdoğan: “Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək”

Sonrakı yazı

Vazgen Manukyan “Ermənistan ordusunun bərpasına azı 2-3 il lazımdır”

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.