30-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nizami: Arif Qasımov – Ramin Əhmədov birliyi Leyla Əliyevaya qarşı – Fotolar

02 Dekabr 2018, 22:15
Seçmə, Banner
A A
Nizami: Arif Qasımov – Ramin Əhmədov birliyi Leyla Əliyevaya qarşı – Fotolar

Paytaxtın Qara Qarayev prospektində yeni tikilən əksər obyektlərə YAP-ın Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədovun nəzarət etdiyi bildirilir.

Reportyor.İnfo-nun əldə etdiyi məlumata görə, R.Əhmədov “Neftçilər” metrosundan “8-ci kilometr” bazarına gedən yolun hər iki istiqamətdə tikinti maqnatına çevrilib.

YAP-ın heç bir rayon təşkilat sədrinin müavini bu qədər maliyyə və biznes imkanları yoxdur. Onun bu şəraitinin genişlənməsi isə şəhərin Nizami rayon icra başçısı Arif Qasımovun əməyidir.

A.Qasımov həmyerlisi olan R.Əhmədova bütün “Vosmoy”u peşkəş edib. Əslində, biznesin arxasında dayanaraq onu irəli verib. R.Əhmədov isə yaşıllıq bilmir, səki bilmir, hara gözü düşürsə, oranı şumlayıb tikinti aparır.

Bir müddət əvvəl Qara Qarayev prospekti 2392  məhəllədə sakinlər abadlıq işləri aparıb 70 ağac əkmişdi. Lakin Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qəzəblənib və 70 ağacı məhv edib.

“Laçın” Ticarət Mərkəzi ilə “8-ci km” bazarı  arasında yolun kənarında yerləşən ərazidəki yaşıllığın bir hissəsi də məhv edilib.

Qara Qarayev prospekti 59 ünvanında da 5 ədəd ağac kəsilib. Ağac kəsilmə əməliyyatına Nizami Rayon İcra Hakimiyyəti rəsmiləri göz yumublar.

Sakinlər deyirlər ki, Arif Qasımovla Ramin Əhmədovun kəsdiyi ağaca (başa!) söz ola bilməz. Tanınmış hüquqşünas Aslan İsmayılov da Bakının Nizami rayonu ərazisində “yaşıl terror”un görüntülərini sosial şəbəkələrdə yaymışdı.

Dəfələrlə bu haqda reportajlar yayımlansa da, Nizami RİH heç bir tədbir görmür. Bu rayona başçı kim təyin olunubsa oksigeni azaltmağı qarşısında məqsəd qoyub. A.Qasımov da xələflərindən geri qalmır.

Ramin Əhmədov partiyada siyasi-ictimai fəaliyyətlə məşğul olmaq əvəzinə, “Neftçilər” metrosunun ətrafında biznes qurub.

Metronun çıxışındakı dükanların onun olduğunu deyirlər. Hamısı da ya yaşıllıqların kəsilib yerində tikilib, ya da piyada yolunda, səkidə…

Əvvəllər “Xalqlar Dostluğu” metrosuna kimi ağaclıq idi. Ramin Əhmədov bütün ağacları kəsdirib, yerində obyektlər tikdirdi.

Mehriban xanım və Leyla Əliyevanın bir başa təşəbbüsü ilə ölkənin hər yerində ağaclar əkilir, yaşıllıq zolağı salınır.

 

Bu işdə hakim Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tez-tez iməcilik təşkil etdiyini də bilirik.

Amma gör bu rayonun rəhbərliyi nə qədər məsuliyyətsiz adamdır ki, Bakının mərkəzində olan ağacları hansısa maraqlarına görə məhv etdirir.

A.Qasımovla R.Əhmədov həmyerlidirlər. İcra başçısı ilə iş adamı əslən Naxçıvanın Şərur rayonundandır.

Məlumata görə, bir müddət əvvəl ağacları məhv edən və cərimələnən sahibkar Mayis Əhmədovun da R.Əhmədovla qohumluğu üzə çıxıb.

Beləliklə, icra başçısı qohum olan iki həmyerlisinin Nizami rayonunda yaşıllıqların məhv edilməsinə geniş imkan yaradıb.

Ümumiyyətlə, deyilənlərə şahid olmaq çətin deyil, “Neftçilər” metrosunun ətrafını gəzin, icra başçısının piyadaların səkisini satıb “Vaikiki” mağazası açılması, “Vosmoy”a gedən səkinin yarısının kiçik obyektlərə qurban verildiyini, keçmək üçün dar cığır qoyulduğunu görəcəksimiz.

Paytaxt Bakı rayonları arasında son 1 ildə yaşıllığın məhv edilməsinə görə sıralamada Nizami rayonun birinci olduğunu desək yəqin ki, yanılmarıq.

Arif Qasımovun topraq biznesinə hazırda 3 adam nəzarət edir. Bunlardan biri İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirov, digəri Arif Qasımovun qardaşı Vüqar Qasımov, III şəxs isə başçının həmyerlisi Ramin Əhmədovdur.

Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl müşavirə keçirərək bildirmişdi ki, bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır – nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına:

“Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?!

Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox… Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır.

Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk”. Bu məlumatlarla bağlı Nizami RİH və Nizami YAP rəsmilərinin mövqeyini dərc etməyə hazırıq.

GÜLAY

REPORTYOR.info

 

Əvvəlki yazı

Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası başladı

Sonrakı yazı

220 NÖMRƏLİ MƏKTƏBLƏ BAĞLI ŞOK FAKTLAR ORTAYA ÇIXIR – Keçmiş direktor Almaz Əsgərova ittihamlar burulğanında… + VİDEO

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.