Bazar günü Nigeriyanın Kaduna əyalətinin Çikun rayonundakı kilsəyə silahlı basqın ediblər. Yerli mənbələrdən verilən açıqlamada hücumçuların kilsədə 40 nəfəri qaçırdığı, lakin 15 nəfərin qaça bildiyi bildirilib. Polisin girovları xilas etmək üçün əməliyyat başlatdığı öyrənilib.
Nigeriyanın şimal-qərbində və mərkəzi hissələrində fəaliyyət göstərən ağır silahlı dəstələr fidyə müqabilində kütləvi adam oğurluğu həyata keçirir və insanları girov götürür.
Dünən Kogi vilayətində keçirilən əməliyyatda silahlı basqınçılar tərəfindən girov götürülən 58 nəfər xilas edilib.