İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa qızıl sülh göyərçini hədiyyə edib.
Bu barədə “Qolos İzrailya” “Telegram” kanalı məlumat verib.
Bununla bağlı dərc edilən fotoda Netanyahunun Trampa qızıl göyərçin heykəlciyini təqdim etdiyi kadrlar yer alıb.
Qeyd edək ki, Donald Tramp Netanyahu ilə görüşmək üçün İsraildə səfərdədir.




















