20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Neft emalı zavodunun təmiri nə qədər ziyan vurur? – ARAŞDIRMA

11 Oktyabr 2019, 15:17
Sosial
A A
Neft emalı zavodunun təmiri nə qədər ziyan vurur? – ARAŞDIRMA

Oktyabr ayının 4-dən etibarən Heydər Əliyev adına Neft Emalı Zavodunda planlaşdırılmış illik təmir və yenidənqurma işləri ilə əlaqədar neft məhsullarının istehsalı dayandırılıb. Təmir işlərinin oktyabrın axırınadək davam etməsi gözlənilir.

 

Artıq bir neçə ildir ki, zavodun təmirə dayandırıldığı müddətdə xaricdən yüksək oktanlı A-95 benzinlə yanaşı, aşağı oktanlı, ölkə bazarının əsas istehlak yanacağı olan və zavodda istehsal edilən A-92 markalı benzin də idxal edilir.

 

Azərbaycanda hazırda A-92 markalı benzinin qiyməti 0,90 qəpik təşkil edir. Bu qiymət isə digər ölkələrdən aşağıdır. Belə olan təqdirdə xaricdən idxal olunan benzinin ölkədaxili bazarda satışı mənfəətə deyil, zərərə səbəb olur. Dövlət SOCAR-ın idxaldan yaranan zərərini azalmaq üçün bir neçə ildir ki, 90 gün müddətinə 92 markalı avtomobil benzini üçün gömrük rüsumunu 15%-dən 0%-ə, aksiz vergi dərəcəsini bir ton üçün 200 manatdan 1 manata endirir. Lakin bununla belə idxala görə SOCAR-ın zərəri yaranır. Yaranan zərərin bir hissəsi dövlət büdcəsindən bir növ sosial müavinət olaraq sonradan qarşılanır. Ancaq bu belə zərərin qarşısını ala bilmir.

 

2018-ci ildə Heydər Əliyev adına Neft Emalı Zavodu təmirə dayandığı müddətdə Azərbaycana 72 min 596,05 ton “A-92” markalı avtomobil benzini idxal edilib. Belə ki, ötən il bir ay müddətində idxal edilən benzinin ümumi dəyəri 58 milyon 913,5 min ABŞ dolları təşkil edib. 2017-ci ildə idxal edilən avtomobil benzininin ümumi həcmi 78 min 253,61 ton, ümumi dəyəri isə 46 milyon 537,38 min dollar təşkil etmişdi. Beləliklə, 2018-ci ildə Azərbaycana idxal edilən benzinin həcmi 7,3% azalıb, məbləğ nisbətində isə 26,6% artıb.

 

Bu il də A-92 markalı benzinin idxalı nəzərdə tutulur. Cari ildə Rusiya və Qara dəniz regionundan ümumilikdə ötən ildəkindən xeyli çox – 120 min ton A-92 markalı benzin idxalı planlaşdırılıb. Bu isə dövlət və SOCAR üçün daha böyük zərər deməkdir.

 

Digər tərəfdən, əldə etdiyimiz məlumata görə, 2020-ci ildə təmir və yenidənqurma işləri ilə əlaqədar Heydər Əliyev adına Neft Emalı Zavodunun fəaliyyəti 4 ay müddətinə dayandırılacaq.

 

Bu halda sual oluna bilər ki, zavodun təmir müddətinin uzadılmasına ehtiyac varmı?

 

Enerji sahəsində ixtisaslaşmış ekspertlər də vurğulayır ki, əvvəl BNEZ-in təmirə dayanması qısa  müddəti əhatə edirdi, amma bir neçə ildir ki, təmir müddəti bir qədər çox davam edir. Onlar hesab edirlər ki, zavodun hər il təmirə dayanmasına görə benzin idxalından yaranan zərərdən dövlətin üzərinə yük düşür, təmir müddətinin uzadılması isə bu yükü daha da artırır. Çünki, ölkədə bu markalı benzinə tələbat yüksəkdir və hər il daha da artır, əvvəlki ayların istehsalından yaranan ehtiyat tez tükənir.  Bu il planlaşdırılan idxal həcmi də tələbatın yüksək olduğunu, dövlətin və SOCAR-ın zərərinin daha çox olacağını göstərir.

 

Ekspertlər bu səbəbdən görə də zavodda təmir işlərinin tez bir zamanda yekunlaşmasının daha məqsədəuyğun hesab edir.

Əvvəlki yazı

“O, ağıl xəstəsidir” – Rihannadan Trampa

Sonrakı yazı

“Guya Hacı Tahiri zorlamışam” – Əhməd Oruc

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.