02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Neft bahalaşır, Azərbaycanın gəlirləri azalır – SƏBƏB

28 İyun 2021, 12:33
İqtisadiyyat
A A
Neft bahalaşır, Azərbaycanın gəlirləri azalır – SƏBƏB

Son günlər dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Ötən cümə günü Brent markalı neft yenidən 76 dolları keçdi… Bu gün Brent neftinin 1 barelə görə qiyməti 76,22 dollar təşkil edib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,04 dollar artaraq 76,22 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,15 dollar bahalaşaraq 74,20 dollar olub.

Ümumiyyətlə bu il yanvarın 1-dən indiyə kimi qiymətlər 49% artım nümayiş etdirib.

Modern.az-ın məlumatına görə, neft sahəsini araşdıran ekspert İlham Şaban bildirib ki, son vaxtlar bahalaşma müşahidə olunsa da, Azərbaycan Neft Fonduna mənfəət neftindən daxilolmalar artmaq əvəzinə azalır.

Bunun səbəblərinə toxunan İ.Şaban deyib:

“Azərbaycan 2020-ci ilin mayında OPEC+ çərçivəsində müstəqillik tarixində ilk dəfə administrativ yolla hasilatı azaltmağa başladı. 2021-ci ilin yanvarından ölkəmiz hasilat kvotasını yenidən artırmağa başladı. 2021-ci ilin mayın yekunlarında məlum oldu ki, OPEC+ çərçivəsində 603 min barel gündəlik neft hasilatı kvotası verilsə də, reallıqda 586 min barel neft hasil edə bilmişik, yəni verilən imkandan 17 min barel az, özü də hər gün”.

Energetika Nazirliyinin məlumatlarına istinad edən ekspert deyib ki, 2021-ci ilin 5 ayında neft və kondensat hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 918,7 min ton (təqribən 6,8 mln barel) az olub.

Yanvar-may aylarında Azərbaycan neft ixracı 2020-ci ilin 5 ayı ilə müqayisədə 5,9 mln. barel azalıb.

“Neft Fonduna mənfəət gətirən əsas aktiv – “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə hasilat 1 mln. ton azalaraq (SOCAR hasilatını 100 min tona qədər artıra bilib) 9,5 mln. ton (70 mln. barel və ya gündəlik 465,5 min barel) təşkil edib.

Bildirmək istəyirəm ki, Neft Fondunun “Azəri-Çıraq-Günəşli”dən əldə etdiyi gəlirin pik dövrü 2011-ci ilə təsadüf edib: 19 027,5 mln. Dollar. Bu göstərici 2019-cu ildə 7 971,3 mln. dollara qədər azalıb, 2020-ci ildə isə cəmi 3 523 mln. dollar təşkil edib. 2021-ci ilin ilk 5 aylnda isə “Azəri-Çıraq-Günəşli”  layihəsindən Neft Fonduna daxilolmalar 1 850,2 mln. dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 255,8 mln. dollar və ya 12,1% az mənfəət deməkdir”,- İlham Şaban bildirib.

Bu il “Azəri-Çıraq-Günəşli”dən qazancımız ötən ilki səviyyədən çox ola bilərmi?

Suala cavab verən ekspertin sözlərinə görə, neftin 70 dollardan aşağı olmayan qiymətləri bazarda dominantlıq edərsə, əlbəttəki bu, mümkündür.

“Ancaq tutaq ki, 4,3 mlrd. dollar qazan. Gələn il hasilat artımı gözlənilmir və neft qiymətlərinin də builkindən aşağı olması proqnoz edilir – onda yenə 4 mlrd. dollatrdan az bir mənfəət gözləmək olar. Yəni Azərbaycan həqiqətən 2020-dən gəlirlər baxımından postneft zamanındadır…

Qeyri-neft sektorunun mühərriki cəmiyyətə 5.7 kimi təqdim edilsə də, onun praktiki dartı qüvvəsi və sürəti hələ ki çox aşağıdır…”.

Əvvəlki yazı

Vasif Talıbov yenə gündəm oldu: Toylarda yemək olmayacaq

Sonrakı yazı

Sabah 40 dərəcə isti olacaq

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.