Səhiyyə Nazirliyi Qax rayonunun Turaclı kəndində boğulma xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hamilə qadının vəziyyəti barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müraciət edən xəstənin başının müxtəlif nahiyələrində travmalar, boğazında boğulma izləri olub və xəstənin huşu özündə olmayıb.
Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu özünə qayıdıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir.