14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nazirlərimiz niyə yəhudi papağı qoyub?-Din xadimlərindən cavab gəldi

18 Sentyabr 2018, 20:51
Cəmiyyət
A A
Nazirlərimiz niyə yəhudi papağı qoyub?-Din xadimlərindən cavab gəldi

Xəbər verdiyimiz kimi Sentyabrın 13-də İsrail Dövlətinin Müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəldi. Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın güc strukturları ilə və digər dövlət rəsmilərilə görüşləri keçiridi. Həmçinin,səfər çərçivəsində Libermanın Azərbaycan nazirlərinin iştirakı ilə yəhdudi ibadət ocağına ziyarəti gerçəkləşdi.Lakin az müddət sonra sosial şəbəkələrdə Azərbaycanın daxili işlər naziri Ramil Usubovla müdafiə naziri Zakir Həsənovun görüntüləndiyi, eyni zamanda İsrailin müdafiə naziri Aviqdor Libermanın da əks olunduğu bir fotoşəkil paylaşıldı. Bu isə bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmadı.

Şəkilin ciddi müzakirələrə səbəb olması isə Ramil Usubovla Zakir Həsənovun hansısa tədbirdə yəhudi papağı qoyması ilə bağlıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müzakirələrə qoşulanların bir qismi isə bu şəklin fotoşopla düzəldildiyini iddia edərək, onu paylaşanlara istehsa ilə yanaşıb.

Bəs əslində gerçək nədir?

Reportyor.info xəbər verir ki,modern.az saytının əməkdaşı dünəndən müzakirələrə səbəb olan şəkillə bağlı kiçik bir dəqiqləşdirmə aparıb.

Qubanın yəhudilər yaşayan Qırmızı qəsəbəsindəki sinaqoqun dini icma rəhbəri Yuri Naftaliyev  Modern.az-a açıqlamasında yayılan fotoşəklin gerçək olduğunu vurğulayıb:

“Şəkil fotomontaj deyil. İki gün bundan qabaq daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Rusiyada yaşayan Azərbaycan doğumlu yəhudi iş adamı Qod Nisanov, İsrailin müdafiə naziri Aviqdor Liberman ilə birgə Qubaya – Qırmızı qəsəbəyə gəlmişdilər. Qonaqların hamısı həm Qubadakı sinaqoqda, həm də 6 gümbəzdə oldular. Özəl bayramımız olmayıb. Sadəcə, İsraildən gələn qonaqlar  Qubadakı Qırmızı qəsəbəyə gəlmək istəyib. Ola bilsin ki, bu səfər cənab prezident tərəfindən təşkil edilib. Bu zaman təbii ki, Azərbaycanın nazirləri də israilli qonaqları müşayiət ediblər. İsrailli qonaq – müdafiə naziri Aviqdor Liberman bizimlə də görüşdü. O, öz gözü ilə bizim necə yaşadığımızı görmək istəyib. Çox məmnun qaldı”.

Dağ yəhudiləri dini icmasının sədri azərbaycanlı nazirlərin başına qoyulan papaqdan da söz açıb:

“Yəhudilər başına kiçik kipa qoyurlar. Yəhudilərdə belə ənənə var ki, sinaqoqa daxil olan hər kəs o kipanı başına qoymalıdır. Burada qeyri-adi nəsə yoxdur”.

 

  Azbelediyye.info saytının əməkdaşı isə məsələylə bağlı ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədovun münasibətini öyrənib. İlahiyyatçı alim deyib:”Məlum kippa adlandırılan papaq, yəhudi din xadimlərinin eləcə də dini ayinləri yerinə yetiən, bu dinə mənsub insanların başını örtmək üçün istifadə etdikləri geyim formasıdır. Bu, müsəlman kişilərin namaz qılarkən başlarına qoyduqları araqçın və ya təkkənin bir az kiçik formasıdır. Lakin yəhdilər təkcə ibadət zamanındı deyil, adi gündəlik həyatlarında da kippadan istifadə edirlər. Kippa artıq bu millətin milli geyim formasının bir hissəsinə çevirilib. Eləcə də, o qədər də uzaq olamayan keçmişimizdə, azərbaycanlı kişilər araqçından gündəlik həyatlarında istifadə edərdillər”.

Sosial şəbəkədə  yer alan “Azərbaycan nazirləri yəhudi məbədini ziyarət zamanı kippadan niyə istifadə etdiblər?” sualına isə Rəşad Məmmədov belə cavab verib: “Məlumdur ki, Azərbaycan tarixi mədəniyyət abidələrinin, məscid, yəhudi və xristian məbədlərinin bərpası və təmiri, həmçinin regionda ən böyük sinaqoqun inşa ediləməsi ölkədə sağlam multikultural dəyərlərin gerçəkliyini əks etdirən müstəqil bir ölkədir. Bu gün Azərbaycanda bütün dini konfesiya nümayəndələri azad və rahat şəkildə öz inanclarının buyuruqlarını yaşaya bilirlər. Bununla yanaşı dövlət rəsmiləri vaxtaşırı dini məbədəri ziyarət edərək həmin din mənsublarının inancına ehtiram göstərirlər. O ki qaldı verdiyiniz suala , düşünürəm ki, yəhudi dini məbədində Azərbaycan nazirlərinin o dinin qaydalarına riayət edərək başlarına kippa qoyması, Azərbaycanda yaşayan yəhudilərin dininə, inancına sayğı və ehtiram əlamətidir. Necə ki, xarici xanım qonaqlar Azərbaycan məscidlərini ziyarət edərkən başlarına kəlağayı atır, avropadan gələn dövlət rəsmiləri məscidə girərkən ayaqqablarını çıxarır və məscidin daxili qaydalarına riayət edirlər”

İlahiyyatçı məlum məsələylə bağlı onu da qeyd edib ki, burada nəinki qəbahət var, əksinə bu görüntülər Azərbaycanda multikulturalizmin dövlət səviyyəsində tərənnüm edilməsinin açıq aşkar nümunədir.

REPORTYOR.info
Əvvəlki yazı

Ceyranbatanda direktorla müəllimlər saçyolduya çıxdılar – VİDEO

Sonrakı yazı

Mətbuat Şurasından Məhəmmədəli Qəriblini təhdid edən sayt rəhbərinə ciddi xəbərdarlıq

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.