06-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nazir Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi, tapşırıqlar verdi –FOTO

24 İyun 2019, 15:24
Cəmiyyət
A A
Nazir Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi, tapşırıqlar verdi –FOTO

Daxili İşlər Nazirliyində nazir müavinlərinin, baş idarə, idarə və paytaxtın polis orqanları rəislərinin iştirakı ilə Naziryanı əməliyyat müşavirəsi keçirilib.

Nazirlikdən  Reportyor.info-ya verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov respublikanın daxili işlər orqanlarına 25 ildən artıq bir müddətdə rəhbərlik etmiş general-polkovnik Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi yüksək dövlət vəzifəsinə təyin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daxili işlər orqanlarına böyük etimadının daha bir əyani ifadəsi olduğunu vurğulayıb.

Nazir V.Eyvazov cənab Prezidentin ölkədə asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri və əldə edilmiş nəticələri yüksək qiymətləndirdiyini xüsusi qeyd edib, qazanılan uğurlarla bərabər, əməliyyat-xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da xatırladaraq onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.

Qarşıya qoyulmuş mühüm vəzifələrdən söz açan daxili işlər naziri bu sırada polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin, bu işə nəzarətin gücləndirilməsinin zərurliyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsini tələb edib.

Həmçinin cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsinin, asayişin və təhlükəsizliyin daha etibarlı qorunmasının, orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsinin, bu mühüm istiqamətlərdə fəaliyyətin təşkilinə Nazirliyin aparatının struktur qurumlarının, ərazi orqanlarının və nizami polis hissələrinin rəhbərliyinin böyük məsuliyyət hissi ilə yanaşmasının, cinayətlərin qarşısının vaxtında alınması, açılması funksiyalarının ciddi nəzarətdə saxlanılmasının və layiqincə həyata keçirilməsinin vacibliyini iştirakçıların nəzərinə çatdırıb. Eyni zamanda, qeyd edilib ki, şəxsi heyətin Heydər Əliyev ideallarına sədaqət ruhunda tərbiyə olunması işi davamlı aparılmalı, vətəndaşların müraciətlərinə baxılmasına, qəbuluna daim xüsusi həssaslıqla yanaşılmalı, cinayətlərdən zərər çəkmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı məsələlərin həllində hər zaman operativlik göstərilməlidir. İnsanların hüquqları, azadlıqları, qanuni mənafeləri yüksək səviyyədə qorunmalı, bu iş bütün struktur qurumlarda rəhbər heyətin şəxsi nəzarəti altında gündəlik həyata keçirilməlidir.

Müşavirənin yekununda nazir Vilayət Eyvazov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələb və göstərişlərinə uyğun olaraq ölkədə vətəndaş məmnunluğunun təmin edilməsi, polisin insanların güvənc yerinə çevrilməsi, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir.

Əvvəlki yazı

Ermənilər viran qoyduqları Ağdamın ən son görüntülərini yaydılar — FOTOLAR

Sonrakı yazı

İranlı admiraldan ABŞ-a sərt xəbərdarlıq:”DƏFƏLƏRLƏ TƏKRAR EDƏ BİLƏRİK”

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.