Sənaye və Texnologiya naziri Mustafa Varank Gələcək Üsküdar Sahibkarlıq Akademiyasının açılış mərasimində iştirak edib. Nazir Varank TOGG T10x rəsmi avtomobili ilə elm mərkəzinə gəlib. Varank, “Məncə bu ölkədə nazirlərin öz yerli və milli avtomobillərini rəsmi vasitə kimi istifadə etməsi Türkiyənin hara gəldiyini göstərmək baxımından əhəmiyyətli bir mesajdır. Dünən etibarilə bütün Türkiyəyə sevkiyatlar başladı” dedi.