Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə yola salınıb. Onun yerinə hələlik təyinat yoxdur.
Discussion about this post