Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev struktur və kadr islahatları həyata keçirərkən qəribə bir seçim edib.
Reportyor.info xəbər verir ki, nazir 6 saylı Ərazi Məşğulluq Mərkəzinin rəhbəri Rəfat Məmmədovu təyin edib. R.Məmmədov bundan əvvəl Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon Məşğulluq Mərkəzinə direktoru olub.
Amma məsələ onun qabaq hansı vəzifədə olmasında deyil. Söhbət R.Məmmədovun “üsyankar səfir” kimi tanınan, prezident İlham Əliyevi sərt tənqid edən Arif Məmmədovun əmisi oğlu olmasından gedir.
Avropaya sığınan keçmiş səfir Arif Məmmədov hakimiyyətin ünvanına ən ağır sözləri səsləndirir, onun xaricdə müəyyən dairələrlə əlaqələrinin olması iddia edilir. Amma prezidentin nazir təyin etdiyi Sahil Babayev kadr islahatı zamanı bu həssas məsələlərə diqqət yetirmir.
Rəfat Məmmədovla əmisi oğlunun münasibətlərinin nə yerdə olduğunu söyləmək çətindir, lakin fakt faktlığında qalır…