Azərbaycanda polis şöbələrindən birinin rəisi vəzifəsindən azad edilib. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Bu barədə Reportyor.info xəbər verir.
Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirov işdən çıxarılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.