Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı hadisə yerinə gəlib.
Trend-in məlumatına görə, hadisə yerinə həmçinin Baş prokurorun müavini Rüstəm Usubov və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov da gəlib. Hazırda hadisə yerinə baxış keçirilir.
Xatırladaq ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzdə güclü yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlbedilib və yanğın söndürülüb.
Hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə yerləşdirilib.