04-03-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nazir Ramil Usubov İranda iki gün rəsmi səfərdə olub –Nələr müzakirə olunub? + FOTO

26 Sentyabr 2018, 01:02
Uncategorized
A A
Nazir Ramil Usubov İranda iki gün rəsmi səfərdə olub –Nələr müzakirə olunub? + FOTO

İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin dəvəti ilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 24-25-də bu ölkədə rəsmi səfərdə olub.

Strateq.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, səfərin ilk günü cənab Əbdülrza Rəhmani Fəzli general-polkovnik Ramil Usubov və onu müşayiət edən şəxsləri qəbul edib.

Qonaqları səmimi salamlayan, dəvətini qəbul etdiyinə görə təşəkkürü bildirən İranın daxili işlər naziri son dövrlər qarşılıqlı səfərlərin intensivləşməsinin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafından xəbər verdiyini, hər iki ölkə prezidentlərinin xalqlarımızın mənafeyini nəzərə alaraq qarşılıqlı münasibətlərin yaxınlaşmasına nail olduqlarını vurğulayıb.

Ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən İrana səfərini xatırladan Əbdülrza Rəhmani Fəzli məhz onun Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə dövlətlərimiz arasındakı qarşılıqlı münasibətlərin inkişaf mərhələsinə qədəm qoydugunu məmnunluqla diqqətə çatdırıb, bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın bütün istiqamətlərdə əldə etdiyi böyük uğurların onları da sevindirdiyini qeyd edib, respublikamızın təhlükəsizlik və tərəqqisinin özlərinin təhlükəsizliyi və inkişafı kimi qəbul etdiklərini nəzərə çatdırıb.

Daha sonra cənab Fəzli ölkəsində mövcud kriminogen durum, cinayətkarlıqla, o cümlədən narkotik maddələrin qaçaqmalçılığına qarşı hüquq mühafizə orqanlarının apardıqları mübarizədən danışaraq yalnız ötən il 800 ton narkotik maddənin müsadirə edildiyini, əlverişli coğrafi məkanda yerləşməsi səbəbindən İranın qaçaqmalçılar tərəfindən tranzit kimi istifadə edildiyini, bu mübarizədə 3 mindən çox polis və sərhədçisinin şəhid olduğunu bildirib.

Səmimi qəbula, qonaqpərvərliyə, ətraflı məlumata və xoş sözlərə görə minnətdarlığını bildirən nazir Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, dövlət başçılarının siyasi iradəsinin nəticəsi olaraq bu gün Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, iki ölkənin münasibətlərinin səmimi dostluq və strateji tərəfdaşlıq xarakteri daşımasının xalqlarımızın və dövlətlərimizin mənafelərinə uyğun olduğunu diqqətə çatdırıb. Daha sonra o, bu gün regionda cərəyan edən proseslərin qarşılıqlı şəkildə transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi zərurətini meydana çıxardığını, belə cinayətlərin, xüsusən narkotik qaçaqmalçılığına, insan və qanunsuz silah alverinə, beynəlxalq terrorçuluğa qarşı səmərəli mübarizə aparmaq üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, informasiya mübadiləsinin artırılmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra nazir R.Usubov ölkəmizdə cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən qətiyyətli tədbirlər, müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, Ermənistanın ölkəmizə hərbi təcavüzü və onun doğurduğu fəlakətli nəticəllər, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar, məhz onun rəhbərliyi ilə ölkəmizdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərpası istiqamətində hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördükləri qətiyyətli tədbirlər barədə məlumat verərək bu gün də həmin siyasətin milli mənafeyimizə uyğun olaraq uğurla davam etdirildiyini bildirib.

General-polkovnik Ramil Usubov bugünlərdə İranın Əhvaz şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatına görə həlak olanların ailələrinə başsağlığı verib, bu hadisənin Azərbaycanda da böyük kədər və hüznlə qarşılandığını diqqətə çatdırıb.

İki gün davam edən səfər çərçivəsində nazir, general-polkovnik Ramil Usubov İran İslam Şurası Məclisinin sədri Əli Laricani, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şəmxani, Sərhəd Mühafizə Xidmətinin komandanı, general Qasem Rezayi və digər rəsmi şəxslər ilə görüşlər keçirib.

Daxili işlər naziri mütəşəkkil cinayətkarlıqla səmərəli mübarizə aparmaq üçün qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının zərurini vurğulayıb, bu istiqamətdə polis orqanları arasında təcrübə və informasiya mübadiləsinin aparılmasının əhəmiyyətindən söz açıb.

İranın narkotik maddələrin qaçaqmalçılığına qarşı apardığı qətiyyətlə mübarizədə kifayət qədər təcrübə topladığını qeyd edən nazir R.Usubov Azərbaycan Polisinin bu təcrübədən faydalana biləcəyini qeyd edib, vətəndaşlarımızın gediş-gəlişlərinin artması, eləcə də turizmin inkişafı ilə əlaqədar hər iki ölkədə əmin-amanlığın, ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasında birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini nəzərə çatdırıb. Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da görüşlərdə iştirak edib.

Əvvəlki yazı

İnsan haqlarım, vətəndaş hüquqlarım yerə atılıb-Qaçqından başçını ifşa edəcək məktub…

Sonrakı yazı

Müdafiə Sənayesi Nazirliyi “ASELSAN”la Anlaşma Memorandumu imzaladı –FOTO

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.