Gənclər və İdman naziri Osman Aşkın Bak İzmirdə keçirilən 61-ci Kənd Təsərrüfatı Türkiyə Kuboku Finalında Medipol Başakşehiri məğlub edərək kuboku qazanan “Fənərbaxça” klubunu təbrik edib.
Nazir Osman Aşkın Bak təbrik mesajında bu sözləri deyib:
“İzmir Gürsel Aksel Stadionunda Fənərbaxça ilə Medipol Başakşehir arasında keçirilən 61-ci Kənd Təsərrüfatı Türkiyə Kuboku Finalında rəqibinə qalib gələrək çempionluq qazanan Fənərbaxça Klubunu təbrik edirəm. Çempionluqda əməyi olan texniki heyəti, klub rəhbərliyini və sarı-göylü camaatı, xüsusən də futbolçuları təbrik edir, Medipol Başakşehiri finaldakı mübarizəsinə görə təbrik edirəm. Növbəti mövsümdə hər iki klubumuza uğurlar arzulayıram”.
class=”medianet-inline-adv”>
