10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı- Hər gecə dava düşür+VİDEO

24 Aprel 2018, 09:59
Seçmə
A A
Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı- Hər gecə dava düşür+VİDEO
Musiqi və səs-küydən sakinlər yata bilmir, maşınlar yolu kəsib qayda pozur, DYP “görmür”
Bakıda məmur övladlarının özbaşına hərəkətləri hələ də davam edir. Ölkə başçısının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq bəzən gizli şəkildə bu işləri davam etdirirlər. Onlardan biri də müdafiə sənayesi naziri vəzifəsini icra edən Yavər Camalovun nəvəsidir. Hansısa firmanın adına qeydiyyatda olan 90 AA 788 dövlət nömrə nişalı, “Range Rover” markalı avtomobili idarə edən həmin şəxs Bakının Məmməd Araz küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə yaxın hissəsində altımərtəbəli yaşayış binasının iki mərtəbəsini özəlləşdirib.
Birinci mərtəbədə bahalı brendlərin satıldığı mağazalar, ikinci mərtəbə isə restorandır. Sözügedən restoran əsasən axşam fəaliyyət göstərir. Təqribən axşam saat 8-9 raddələrindən etibarən orada bahalı avtomobillər toplaşır. Parkinq yeri olmadığı üçün həmin maşınlar səkidə və yolun hərəkət hissəsində saxlanılır. Təbii ki, o cür bahalı restorana gələnlər də sadə vətəndaşlar deyil. Belə ki, ən ucuz avtomobil son model “Mercedes S klass”dır, Bahalı “Audi”, “Bentley”, hətta son model “Galenvagen” də görmək mümkündür.
Təqdim olunan videodan da göründüyü kimi bahalı nömrələr (505, 005 və.s) zəngin olan bu avtomobillər iki zolaqlı yolun bir zolağını tam olaraq zəbt ediblər. Yalnız bir zolaqda hərəkət etmək mümkündür. Onlar hətta avtomobilləri piyada keçidinin (zebranın) üstündə saxlayırlar. Səki ilə hərəkət edə bilməyən vətəndaşlar məcbur olub yolun hərəkət hissəsinə çıxırlar ki, bu da qəza şəraiti yaraddır.Əməkdaşımız həmin ərazidə çəkiliş aparakən Nərimanov rayonu Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının (99 YP 268) həmin yerdə xidmət apardığını, lakin ikinci cərgədə və səkinin üzərində, eləcə də piyada keçidinin üzərində park edilmiş avtomobillərə göz yumduğunun şahidi olub. Ən acınacaqlı məqam isə həmin ərazidə yaşayan insanların restoranın fəaliyyətindən narahat olmasıdır.
Belə ki, gecə saatlarında işlədiyi üçün həmişə yüksək musiqi səsi, dava-dalaş səsləri insanları yatmağa qoymur. Dəfələrlə Daxili İşlər Nazirliyinin 102 xidmətinə, ərazi üzrə polis idarəsinə və digər aidiyyatı qurumlara bununla bağlı müraciət edilsə də, oblektin sahibi nazir Yavər Camalovun nəvəsi olduğu üçün heç bir ölçü götürülməyib. Bu üzdən də hətta sakinlərin bəziləri evlərini satıb binadan köçmək istəyir. Çünki səs o qədər yüksək olur ki, 5 və 6-cı mərtəbələrdə belə gecə yatmaq olmur. Dəfələrlə obyekt sahibinə sakinlər tərəfindən müraciətlər olub. Lakin nazirin nəvəsi özünü elə aparır ki, sanki belə də olmalı imiş.
Avtosfer.az həmin görüntüləri təqdim edir:

Əvvəlki yazı

Ermənistan ordusu müxtəlif istiqamətlərindən kəndlərimizi atəşə tutub –Müdafiə Nazirliyi

Sonrakı yazı

Hüseyn Abdullayev vəkili ilə görüşdü

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.