“Ermənistan ABŞ sanksiyaları təhlükəsinə baxmayaraq Rusiyadan silah almağa davam edəcək”.
“Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ermənistan müdafiə nazirinin müavini, Dövlət Hərbi-Sənaye Komitəsinin başçısı David Pahçanyan bəyan edib.
“Əlbəttə, sanksiyalar problemdir, lakin qarşımızda təhlükəsizliyin təminatı vəzifəsi durur və biz maraqlarımızdan çıxış edəcəyik”, – o bildirib.
Onun sözlərinə görə, ilk müdafiə krediti üzrə tədarük, demək olar, tam başa çatıb, işlərin davam etdirilməsi barədə razılaşma var.
Xatırladaq ki, 2015 və 2017-ci illərdə Rusiya və Ermənistan arasında ümumi məbləği 300 mln dollar olan iki müdafiə kredit sazişi imzalanıb.
ABŞ Prezidenti Donald Tramp 2017-ci il avqustun 2-də Rusiya, İran və KXDR qarşı “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında” (CAATSA) qanun imzalayıb.