Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri və AK Partiya İstanbul 1-ci Bölgə Millət vəkili Namizədi Murat Kurum Üsküdarda keçirilən 23 Aprel Festivalına qatılıb. Nazir Kurum uşaqlara xitab edərək, “Siz Türkiyənin gözəl gələcəyinə olan inanc toxumu və güclü Türkiyə üçün arzularımızın cücərtisisiniz. Türk Əsrini birlikdə quracağıq” dedi.