07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nazir, komitə sədri, icra başçıları və kommunal qurumların rəhbərləri toplandı –FHN-də çoxmərtəbəli binaların problemləri müzakirə olundu

30 Aprel 2019, 20:10
Gündəm
A A
Nazir, komitə sədri, icra başçıları və kommunal qurumların rəhbərləri toplandı –FHN-də çoxmərtəbəli binaların problemləri müzakirə olundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli fərmanının icrasına məsul olan müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə fərmanın tətbiq olunduğu yaşayış binalarının sifarişçiləri, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin bir qismi ilə görüş keçirilib.

FHN-dən Strateq.az-a verilən məlumata görə, görüşdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrasının vəziyyəti barədə danışıb.

Nazir qeyd edib ki, bəzi çoxmənzilli yaşayış binalarının istismara qəbulu ilə bağlı mövcud vəziyyət sakinlərin haqlı narazılığına səbəb olaraq, onların mülkiyyət hüquqlarının reallaşdırılmasına əngəllər yaradıb: “Vətəndaşların gündəlik problemlərinin həllinə xüsusi həssaslıqla yanaşan ölkə başçısı İlham Əliyev illərdir öz həllini tapmayan bu məsələdə də öz qətiyyətli mövqeyini ortaya qoyub.” 

Nazir K.Heydərov sözügedən Fərmanın icrası istiqamətində həm Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” və “Azərişıq” Açıq Səhmdar cəmiyyətləri qarşısında, həm də müvafiq yaşayış binalarının sifarışçiləri qarşısında olduqca mühüm vəzifələr durduğunu xatırladaraq bildirib ki, bu baxımdan Fərmanın icrasına məsul olan dövlət qurumları ilə tikinti fəaliyyəti subyektləri arasında məhsuldar qarşılıqlı əlaqənin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir: “Bugünkü görüşün də bu məqsədlə təşkil edildiyi və Fərmanın icrası ilə bağlı qarşıya çıxan məsələlərin həlli istiqamətində fikir mübadiləsinin aparılmasının işlərin sürətləndirilməsinə təkan verəcəyi qeyd edilib”.

Nazir deyib ki, işlər Fərmanla müəyyən olunmuş zaman çərçivəsində həyata keçirilir və Fərmanda müəyyən olunduğu kimi, ötən 2 ay ərzində respublika üzrə istismarına icazə verilmədən faktiki istismar edilən bütün çoxmənzilli yaşayış binalarında müayinə işləri həyata keçirilib. Müayinələrin nəticəsi olaraq bu kateqoriyaya aid 26 binanın istismara hazır olması barədə müsbət rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradıldığını xatırladan nazir, bugünə qədər qərargahda 260 yaşayış binasının nümayəndələrinin qəbul edilərək, onlara zəruri izahatlar verildiyini deyib və əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi, “Azərsu” və “Azərişıq” Açıq Səhmdar cəmiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi istənilən dəstəyi göstərməyə hazırdır.

Sonra çıxış edən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına məsul olan aidiyyəti qurumların rəhbər şəxsləri müayinə nəticəsində aşkar edilmiş qüsurlar, mövcud problemlər, onların həlli yolları və işlərin ümumi gedişatı barədə məlumat veriblər. Bildirilib ki, Fərmana uyğun olaraq, növbəti mərhələ kimi 5 ay müddətində çatışmazlıqlar aradan qaldırılmalı və binaların istismara qəbul olunması üçün aidiyyəti üzrə yenidən müraciət olunmalıdır.

Daha sonra istismara hazırlığı baxımından müsbət rəyin verilməsi mümkün olmayan yaşayış binalarının sifarışçilərinin, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin fikirləri, qarşıya çıxan məsələlərin aradan qaldırılması istiqamətində təklifləri dinlənilib. Çıxış edən şəxslər “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının əhəmiyyətindən danışaraq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Sonra Fərmanın icrasından irəli gələn məsələlər geniş müzakirə edilib, mövcud problemlərin həlli yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Əvvəlki yazı

Baş Prokurorluq:”Mingəçevirdə özəl xəstəxanada baş vermiş ölüm hadisəsi nəzarətə götürülüb”

Sonrakı yazı

“FEYZİYEVİN XAHİŞİ İLƏ OBYEKT ADIMA KEÇİRİLDİ…” – Xalq artisti “Quska”nın məhkəməsində

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.